Hadisə, Kriminal

Prokuror AZAL-a ziyan vuran dəstə üzvlərinə cəza istədi

3 May 2010 18:40
Baxış: 267
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər portalının məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə bu gün keçrilən prosesdə dövlət ittihamçısı çıxış edib. Dövlət itiihamçısı məhkəmədən Azərbaycan vətəndaşları - Vaqif Mirzəzadənin 12, Əhliman Məmmədov, Elyar Qocazadənin 10,  Tahir Əmirquliyev, Ata Abdullayev, Səidə Məmmədovanın 7, Nazim Həsənov, Şəmsəddin Abdurrəhmanovun 4 il 6 ay,  Murad Mahmudovnın 4  və Nigeriya vətəndaşı Mutiu Olovuyanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini xahiş edib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 271.2.1-ci və 271.2.3-cü (mütəşəkkil dəstə tərəfindən kompüter informasiyasına qanunsuz daxilolma ilə külli miqdarda ziyanvurma), 177.3.1-ci və 177.3.2-ci (mütəşəkkil dəstə tərəfindən özgənin külli miqdar əmlakını gizli talama) maddələri ilə ittiham olunurlar.

Adıçəkilən şəxslər, hazırda şəxsiyyətləri istintaqla araşdırılan xaricdə yaşayan əcnəbilər mütəşəkkil dəstənin tərkibində "Azərbaycan Hava Yolları" QSC-nin rəsmi www.azal.az internet səhifəsinə qeyri-qanuni daxil olub, ABŞ və digər xarici ölkə vətəndaşlarına məxsus kredit kartlarından qanunsuz istifadə ediblər. Dəstə üzvləri həmin xarici vətəndaşların kredit kartlarındakı hesablarından gizli olaraq İnternetlə pul ödənişləri aparıb müxtəlif marşrutlar üzrə elektron aviabiletlər əldə edib, bu biletləri real dəyərindən ucuz qiymətə, nağd pula digər şəxslərə satıb əldə etdikləri pulları talayıblar. Onlar bunun nəticəsində şirkətə 100 min manata yaxın zərər vurub.

Aydın
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.