Hadisə, Kriminal

Sevgilisini küçənin ortasında bıçaqladı - Qadın isə ondan şikayətçi deyil - VİDEO

10 Avqust 2021 17:12
0 Şərh     Baxış: 2 703
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstanbulda yaşanan şok hadisə hər kəsi təəccübləndirib.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, taksi sürücüsü olan 44 yaşlı Soner B. küçədə gəzərkən mübahisə etdiyi sevgilisi 26 yaşlı Kübra S.-ni bıçaqlayıb. Gənc qadın qışqıraraq yerə yıxılarkən panikaya düşən Soner B. bıçağı ataraq hadisə yerindən qaçıb. Ətrafdakı insanların köməkliyi ilə xəstəxanaya aparılan qadın müayinə otağına yerləşdirilib.

Maraqlıdır ki, gənc qadın onu yaralayan sevgilisindən şikayət etməyib, bu səbəbdən də təcavüzkar sərbəst buraxılıb.

Kamran Seyidov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.