Arvadını döydüyü üçün həbsdədir, çıxanda başını kəsəcəyini deyir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda həyat yoldaşını döyən və buna görə həbs edilən şəxs məhkəmədə ifadəsi zamanı azadlığa çıxan kimi həyat yoldaşının başını kəsəcəyini elan edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə arvadını döyməkdə təqsirli bilinən Əkbər Vəliyevin məhkəməsi keçirilib. Bundan əvvəl də məhkumluq həyatı yaşayan şəxs arvadının ona həmin dövrdə xəyanət etdiyini iddia edib və buna görə onu döydüyünü bildirib.
Təqsirləndirilən Ə. Vəliyev narkotik istifadəsi və daşınmasına görə əvvəllər dəfələrlə məhkum olunub. O, 1998-ci ildə 2 il 6 ay, 2008-ci ildə 3 il, 2014-cü ildə 2 il - ümumilikdə 7 il 6 ay azadlıqdan məhrum edilib.
Əkbər Vəliyev məhkəmədə ifadə verərək özünü təqsirli bilmədiyini deyib: "Onun xəyanətinə görə aramızda mübahisə yarandı. 2020-ci ilin noyabrında onu döydüm və daha sonra aramızda barışıq oldu. Bu səbəbdən S. şikayətini geri götürdü. Mən də onu hərbi xidmətdə olan oğlumuzun xətrinə bağışladım. Daha sonra qızımın evində yenidən yoldaşımla rastlaşdıq. Lakin ona heç bir zərər yetirmədim. Müstəntiq məndən onu döyüb-döymədiyimi soruşanda döydümüyü etiraf etdim. Amma mən onu fevralda yox, noyabrda döymüşəm. Ağ boş vərəq verdilər və mən də ora imza atdım. Sonrasından isə xəbərim yoxdur.
2021-ci ilin fevral ayında isə onu döyməmişəm və azadlığa çıxdığım vaxt bu böhtana görə S.-nin başını kəsəcəyəm. Heç bir cinayət əməli törətməmişəm və işimə xitam verilməsini istəyirəm".
Əkbər Vəliyevin arvadı S. V. isə bildirib ki, həyat yoldaşı narkotik istifadəçisi olub: "Narkotik istifadə edirdi və bundan sonra lazımsız mübahisələr yaradırdı. Ailəmin və övladlarımın xətrinə buna dözürdüm. Sonuncu dəfə 2020-ci ildə Fatmayidəki evimizdə məni xəyanətdə, əxlaqsızlıqda günahlandırdı. Aramızda mübahisə yarandı və çıxıb anamın evinə getdim. Daim məni hədələyirdi ki, gəl barışaq. Mən də dedim ki, bunun üçün əvvəlcə sən narkotikdən əl çəkməlisən. 2020-ci ilin noyabrın 13-də yaşadığı evdə narkotik maddələr saxladığından həbs edildi. Lakin o, istintaq müddətində azadlıqda idi.
Bu ilin fevral ayında yenidən qarşımı kəsərək şər-böhtan xarakterli sözlər dedi. Onun dediklərinə fikir vermədim və yoluma davam etdim. Bu zaman qolumdan tutub yerə yıxdı. Köməyə adam çağırmaq istəsəm də, imkan vermədi və üzümə zərbələr endirməyə başladı. Yerə yıxılanda belimdən də zərbə aldım. Ayağa qalxanda Əkbər artıq getmişdi və mən polisə müraciət etdim. Hadisə axşam baş verdiyindən küçədə heç kəs yox idi və köməyimə də kimsə gəlmədi. Bilirəm ki, Əkbər azadlıqda qalsa, məni öldürəcək. O, həyatım üçün təhlükəlidir".
Məhkəmənin hökmü ilə Əkbər Vəliyev Cinayət Məcəlləsinin 128-ci (sağlamlığa qəsdən yüngül zərər yetirmə) maddəsi ilə ittiham olunaraq 6 ay azadlıqdan məhrum edilib. Əkbər Vəliyev aprelin 29-da həbs edilib, o oktyabrın 29-da azadlığa çıxacaq.
Milli.Az
XƏBƏR LENTİ
-
İranda SEPAH ilə silahlı qrup arasında toqquşma: Ölənlər var
-
Xarici diplomatlar Gəncəsər və Xudavəng monastır komplekslərini ziyarət ediblər - (Yenilənib)
-
Rusiya ordusu Donetskdə yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ötən gün 9 odlu silah aşkarlanıb
-
İtaliyalı müdafiəçi "Barselona"ya keçə bilər
-
Çilidə qocalar evində yanğın: Ölənlər var
-
Azərbaycan futbolunda yayın ən bahalı transferləri
-
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
-
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
-
Şirvanda mağazadan oğurluq edildi
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
"Qalatasaray" üç futbolçusu ilə yollarını ayıracaq
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
-
Azərbaycan nefti bahalaşıb
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu - (Video)
-
250 mindən çox ailəyə sosial müavinət verilə bilər - Yeni təklif
-
Nepalda daşqın nəticəsində ölənlərin sayı 1386 nəfərə çatdı
-
Bolqarıstanda sursat anbarlarında yanğın və partlayış oldu
-
Trampın şəxsi təyyarəsinin görüntüləri yayıldı - (Video)





