Hadisə, Kriminal

Bloger həbs olundu - Terrora çağırış etdiyi üçün

9 İyun 2021 13:34
Baxış: 1 296
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyalı bloger Yuri Xovanski Sankt-Peterburqda terror fəaliyyətinə çağırış maddəsi üzrə şübhəli bilinərək saxlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə "Mash na Moika" telegram kanalı öz mənbələrinə istinadən xəbər verib.

Xovanskiyə qarşı ittihamın Rusiya Daxili İşlər Nazirliyinin "E" Mərkəzi tərəfindən aparılan yoxlama ilə əlaqəli olduğu qeyd edilir. Bloger Cinayət Məcəlləsinin 205.2-ci maddəsi ("Terror fəaliyyətinə açıq çağırışlar, terrorizmin ictimai əsaslandırılması və ya terrorizmin təbliği") ilə iş başladılıb.

Kamran Seyidov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.