Hadisə, Kriminal

Axtarışda olanlar tutuldu

17 Aprel 2010 13:27
Baxış: 222
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinin əməkdaşları Cinayət Məcəlləsinin 170-ci (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə), 177-ci (oğurluq) və 243-cü (fahişəliyə cəlb etmə) maddələri ilə axtarışda olan Əli Dadaşovu yaxalayıb.

Ağdam polisi isə Ukrayna Cinayət Məcəlləsinin 187-ci (quldurluq) maddəsi ilə axtarışda olan Ramil Sarızadəni tutub.

Digər şəxs isə birgə əməliyyat tədbirləri nəticəsində ələ keçib. Abşeron rayon Polis Şöbəsi və Nizami rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri birgə axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə axtarışda olan Oruc Cəlalov həbs edilib.

Hər üç faktla bağlı istintaq aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.