Hadisə, Kriminal

Korrupsioner bələdiyyə sədrinin cəzası yüngülləşdirildi

16 Aprel 2010 11:36
Baxış: 193
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məhkəmədən Milli.Az xəbər portalına verilən məlumata görə, hakim Rizvan Səfərovun sədrlik etdiyi məhkəmə təqsirləndirilən Binəqədi rayonundakı Xocasən Bələdiyyəsinin sabiq sədri Zəfər Məsimovun apellyasiya şikayətini qismən təmin edib.

Məhkəmənin qərarı ilə Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü qismən dəyişdirilərək onun barəsində 2 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Z. Məsimov 2007-ci ildə Binəqədi rayonunda dövlət mülkiyyətinə məxsus 400 kvadratmetrlik torpaq sahəsini qanunsuz olaraq Xanlar Dadaşovun istifadəsinə verilməsi barədə qərar qəbul edib.

O, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə 3 il azadlıqdan məhrum edilib. Sabiq sədr Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə), 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) və 314-1-ci (dövlətin müstəsna mülkiyyətində olan və özükününləşdirilməsi qadağan edilən torpaq sahələrinə dair qanunsuz qərar qəbul etmə) maddələri ilə ittiham olunub.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.