Göyçayda qadağan olunmuş dini ədəbiyyat götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Nurçu" dini təriqətinin üzvləri - Göyçay rayon sakinləri Şahin Həsənovun, İlham Həmidovun, Qəbələ rayon sakini Zəkiriyyə Məmmədovun dəvətləri əsasında Türkiyə vətəndaşları "Fırıncı abi" ləqəbli Gülec Mehmet Nuri, Koçoğlu Himmet Uyar Qadir, Uyar Mustafa Kemal, Karagözoğlu Nureddin, Ömer Güzəddəmirçi, həmçinin Bakı şəhər sakinləri Fəxrəddin Xanlayev, Yusif Dadaşov Z.Məmmədova məxsus Göyçay şəhəri Bakı küçəsindəki evdə Qəbələ, İsmayıllı, Ağdaş, Zaqatala və Ucar rayon sakinlərindən ibarət 60-70 nəfərlə toplantı keçiriblər.
Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində Z.Məmmədovun evinə baxış zamanı 545 ədəd "Nurçu" dini təriqətinə aid yayılması qadağan olunmuş "Risaleyi Nur" kitabları, broşuralar, 61 ədəd disk, 1 ədəd silah üçün optik nişangah, 1 ədəd suvenir xəncər, 1 ədəd avtomat patronunun başlığı, 1 ədəd yaddaş kartı, 2 ədəd mobil telefon yaddaş kartı, 27 ədəd tir hədəfi, 1 dəst hərbi geyim və 1 ədəd dünyanın fiziki xəritəsi aşkar edilərək götürülmüşdür.
Aprelin 14-də İ.Həmidovun evinə baxış zamanı 20 ədəd "Nurçu" dini təriqətinə aid yayılması qadağan olunmuş "Risaleyi Nur" kitabları aşkar edilərək götürülüb.
Onların izahatları alındıqdan sonra buraxılıblar.
Milli.Az
XƏBƏR LENTİ
- Kişi 10 il həyat yoldaşından dəhşətli sirri gizlətdi
- Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib
- Məşhur bəstəkarın səhhəti pisləşib: "Güclə danışıram"
- Tiflisdə etiraz aksiyası genişlənir: yürüş keçirilir...
- Sabah bu ərazilərdə qaz olmayacaq
- Baqrat mitinqə “fasilə” verdi: etiraz alınmadı…
- Ətin tərkibindəki mikrobların sayını təyin edən sensor hazırlandı
- Putin ilk dəfə müdafiə naziri dəyişikliyindən danışdı: Xərclər çoxalıb...
- Slovakiya Baş nazirinin son vəziyyəti açıqlanıb
- "Krasnodar" Kadidən sonra "Qarabağ"ın daha bir ulduzunu alır
- Kimlər balqabaq tumu yeməməlidir: Bu siyahıda olub-olmadığınızı yoxlayın
- "Mona Liza"nın sirlərindən biri AÇILDI
- Bu çiçəklər gizli duyğulardan xəbər verir - Şəxsiyyət TESTİ
- Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
- Slovakiyaya yardıma hazırıq - Bayden
- Deputat yeni "möhtəşəm" müsahibə verdi - VİDEO
- Baydenlə Trampın debat tarixi açıqlandı
- Küncüt əzməsinə limon əlavə edin – 10 qat daha faydalı
- Səbuhi Səfiyarlı: “Bizə güzəştə getməsələr də, incikliyimiz yoxdur” - VİDEO
- Kəklikotunun çoxsaylı faydaları
- Məhkəmə İmran Xanla bağlı qərar verdi
- Fitsonun güllələnməsi görünməmiş təhlükədir - Pelleqrini
- İlk görüşdən sonra əlaqəni necə davam etdirmək olar?
- Türkiyəli məşhur aktyor tanınmaz halda - FOTOlar