Hadisə, Kriminal

Bakıda qız sevgilisinin başına oyun açdı

19 Fevral 2014 13:26
23 Şərh     Baxış: 16 019
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda oğlan qızla tanış olarkən başına belə hadisənin gələcəyini düşünmürdü. Tanış olduğu qız onun maşınını götürərək qaçmışdı.

Cinayət Bakının Binəqədi rayonu ərazisində törədilib. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, ötən gecə 01 radələrində Bakı şəhər sakini Fuad Musayev Culfa rayonundan olan Nəzakət Həsənova ilə tanış olub. Qızı özünə məxsus "Volkswagen" markalı avtomobilə mindirərək Biləcəri qəsəbəsinə aparıb, orada yeyib-içiblər.

Sərxoş olan N.Həsənova maşın sürmək üçün sükan arxasına keçib və maşınla ərazidən uzaqlaşıb. Oğlanın polisə müraciətindən sonra N.Həsənovanı Yasamal rayonunun ərazisində saxlamaq mümkün olub.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.