Hadisə, Kriminal

"Talıbov" Rusiyada saxlanıldı

4 İyul 2025 15:45
Baxış: 1 066
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada kriminal aləmdə "Talıbov" və ya "Zaur Naxçıvanski" kimi tanınan 39 yaşlı azərbaycanlı qanuni oğru Zaur Şipilov Orenburqda saxlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə "Prime Crime" informasiya agentliyi məlumat yayıb.

Məlumata görə, əməliyyat Rusiya Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsi və FTX tərəfindən Moskva və Orenburq vilayətlərində həyata keçirilib. Əməliyyat zamanı yerli hüquq-mühafizə orqanlarının əməkdaşları da iştirak ediblər.

Əvvəlcə kriminal dairələrdə "Diplomat" və ya "Vaqif Bakinski" kimi tanınan Vaqif Süleymanov paytaxt yaxınlığındakı Qrinfild kottec şəhərciyində saxlanılıb. Ardınca Zaur Şipilovun Orenburqda yaxalandığı bildirilib.

"Qanun oğru"nun Azərbaycanda doğulmadığı qeyd edilir. Artıq Şipilov barəsində cinayət işi açılıb. Süleymanovla bağlı qərar yaxın vaxtlarda bəlli olacaq. Hələlik o, üç aylığına xüsusi müəssisəyə yerləşdirilib.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.