Sumqayıtda dostlar arasında düşən mübahisə ölümlə nəticələnib.
Milli.Az Xəzər xəbər-ə istinadən xəbər verir ki, mübahisəyə səbəb isə birinin digərini təhqir etməsi olub.
Ölən şəxsin adı İsrayıl Quliyevdir. Araşdırmalarla Sumqayıt sakini, əvvəllər məhkum olunmuş Emin Pirqurban şübhəli şəxs qismində saxlanıb. O, İsrayıl Quliyevi bıçaqla öldürməkdə şübhəli bilinir.
Faktla bağlı cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Milli.Az