Hadisə, Kriminal

Xəyanətə görə dostunu öldürdü, arvadını isə... - Samuxdakı qətlin TƏFƏRRÜATLARI

22 İyun 2022 14:37
2 Şərh     Baxış: 2 374

Samuxda törədilən qətlin təfərrüatları məlum olub. 

Qətli törətməkdə şübhəli bilinən Mədət Tağıyevin atası Fəzail Tağıyev Lent.az-a açıqlamasında bildirib ki, qətlə yetirilən Cavid Əliyev və hadisəni törədən Mədət Tağıyev dost olublar: "Mədət evdə ailəsi ilə yemək yeyərkən arvadı Aygünün dostu Cavidlə telefonla mesajlaşmasını tutub. Buna görə də xəyanətdə şübhələnib və Cavidi evinin qabağına çağırıb. Burada ona 4 bıçaq zərbəsi vuraraq öldürüb. Daha sonra evə gəlib arvadı Aygünə də 1 bıçaq vuraraq, onu yaralayıb". Qeyd edək ki, öldürülən Cavidin 2 azyaşlı uşağı var.

Hazırda prokurorluqda istintaq araşdırmaları davam etdirilir.

Milli.Az

İllik 14.5%-dən 30 000 manat zaminsiz komissiyasız kredit

Şərh yaz:

2 Şərh:

  • Anonim
    M · 22 İyun 15:4400

    çıxış yolu zindan imiş. güc,iradə,cəsarət toplamaq üçün azərbaycanda görəsən neçə əsr,minillik lazım gələcək ki,insanlar öldürmədən,həbsə düşmədən itlərini aparıb azdıra bilsinlər? elə təəssürat var ki,sanki,zaman heç vaxt azərbaycanın xeyrinə işləməyəcək.

    Cavab yaz
  • Anonim
    SEVDA · 22 İyun 16:0330

    birini öldürdün get türməyə arvadında başqasıyla mesajlaşacaq çünki öyrəncəlidir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics