Hadisə, Kriminal

Göyçayda avtomobil sexindən 15 min manatlıq oğurluq edilib

26 Mart 2022 16:22
0 Şərh     Baxış: 834
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Göyçayda avtomobil sexindən külli miqdarda oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinə Çayarxı kəndin ərazisində yerləşən avtomobillərin təmiri sexində "Volvo" markalı bir yük avtomobilinin 5.000 manat dəyərində, "Zoomlion" markalı digər avtomobilin 10.000 manat dəyərində mühərrik hissələrinin, şəhər ərazisindəki MMC-lərin birindən isə 10.000 manat dəyərində metal qırıntıları və elektrik avadanlıqlarının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Göyçay şəhər sakinləri, əvvəllər məhkum olunmuş E.Həsənov, E.Eminov və A.Vəliyev müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.