Kriminal

Hacıqabul sakinindən marixuana götürülüb

14 İyul 2021 16:16
0 Şərh     Baxış: 442
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində bir neçə əməliyyat tədbiri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Milli.Az-a verilən məlumata görə, daxil olan əməliyyat məlumatı əsasında rayon sakini Ağaməmməd Əmişov şöbə əməkdaşları tərəfindən saxlanılıb. Şəxsi axtarış zamanı ondan təmiz çəkisi 450 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Keçirilən digər bir əməliyyat zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli Adil Əkbərov rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Burada onun üzərinə baxış keçirilən zaman A.Əkbərovdan şəxsi istehlak miqdarından artıq qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.