Kriminal

Bakıda qardaş qardaşını qətlə yetirib

19 Mart 2021 09:14
Baxış: 1 749
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Nəsimi rayonunda qətl hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Məlikov küçəsi dalan 7, mənzil 2 ünvanında qeydə alınıb.

1969-cu il təvəllüdlü Camalov Elçin Elzəməd oğlu qardaşı ilə dava edib. E.Camalov qardaşının ürək nahiyəsinə bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. Dava zamanı Elçin Camalov özü də çoxsaylı bıçaq xəsarətləri aldığından xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.