SOCAR adından vətəndaşlardan pul tələb edilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yanvarın 25-də SOCAR TOWER-də Quba rayonunun Təngəaltı kənd sakini, 1985-ci il təvəllüdlü Mövlanov Ehtiram Adil oğlu və onun qohumu, Bakı şəhəri Pirallahı qəsəbə sakini,1981-ci il təvəllüdlü Qasımova Kəmalə Fazil qızı ilə onların müraciəti əsasında görüş keçirilib. Onlar görüş zamanı bildiriblər ki, son bir il ərzində SOCAR-ın adından istifadə edən bir qrup şəxs tərəfindən müxtəlif yollarla ("pandemiya ilə bağlı evdə qalın - SOCAR bunun əvəzində sizə pul ödəyəcək" və ya "SOCAR istismarda olmuş avtomobilləri hərraca çıxarır, iştirak haqqı ödəmək lazımdır" və s. kimi bəhanələrlə) aldadılaraq külli miqdarda maliyyə vəsaitləri mənimsənilib.
Şirkətdən Milli.Az-a verilən məlumata görə, bir qrup dələduz SOCAR-ın nüfuzundan istifadə edərək hətta vətəndaşların etibarını qazanmaq və sonradan sui-stifadə etmək məqsədilə internetdə www.socar-ltd.com adlı sayt açaraq şirkətin adından müxtəlif elanlar, məqalələr, xəbərlər yerləşdirmiş, vətəndaşlarla əlaqə zamanı bu sayta istinad ediblər. Aparılan araşdırma zamanı internetdə axtarış verərkən belə bir saytın mövcud olduğu müəyyən edilib.
Görüş zamanı vətəndaşlara qeyd olunan dələduz qrupun və saytın SOCAR-a heç bir aidiyyatının olmadığı bildirilib, faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmələri tövsiyə olunub.
Bir daha ölkə vətəndaşlarına müraciət edərək bildiririk ki, SOCAR tərəfindən hər hansı bir məsələ ilə bağlı vətəndaşlardan pul vəsaiti tələb olunmur. Son dövrdə bir neçə dəfə SOCAR adından vətəndaşların dələduzlar tərəfindən aldadılması hallarına rast gəlinib. Bu kimi hallarla rastlaşan vətəndaşların hüquq-mühafizə orqanlarına müraciət etməsi tövsiyə olunur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
Tiktoker Əhdi və tanışı saxlanıldı - (Foto)
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
"Şəki yaylası"nın sahibini hansı cəza gözləyir?
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
XƏBƏR LENTİ
-
Selahattin Paşalının yeni işi
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)





