Kriminal

Türkiyədə quldur dəstənin üzvləri ələ keçdi: Aralarında azərbaycanlılar da var

31 Yanvar 2020 13:04
0 Şərh     Baxış: 6 316
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyənin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi İstanbulda əməliyyat keçirib. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı 16 nəfər ələ keçib. Onların İstanbulda müxtəlif cinayətlər törətdiyi və Rusiya ilə bağlı olduğu bildirilib.

Qrup üzvlərindən biri rusiyalı, üçü ukraynalı, dördü gürcü, səkkizi isə azərbaycanlıdır. 

Aparılan axtarışlar zamanı onlardan 11 tapança, tüfəng və 222 sursat ələ keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.