Kriminal

Azərbaycanlı iş adamını Moskvada bankdan çıxarkən amansızlıqla qətlə yetirib, 50 min dollarını aparıblar - ANBAAN VİDEO

18 Oktyabr 2019 20:18
5 Şərh     Baxış: 5 731

Azərbaycanlı iş adamı Rusiyanın paytaxtı Moskva şəhərində qətlə yetirilib.

Milli.Az criminal.az-a istinadən xəbər verir ki, Ordubad rayonunun Gənzə kəndindən olan Mahir adlı həmyerlimiz bankdan çıxarkən naməlum şəxslərin hücumuna məruz qalıb. Qatillər Mahiri ölümcül yaralayaraq onun bankdan götürdüyü 50 min dollar pulu aparıblar. 

Mahir ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. İki gün komada qalsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Mahir bazarda pul köçürməsi ilə məşğul olurdu. İddia olunur ki, qatillər onun bankdan pulla çıxacağını əvvəldən biliblər.

Qətl anını təqdim edirik: 

Milli.Az

loading...

Şərh yaz:

5 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.