Kriminal

İşlədiyi şirkətin 74 min manatını mənimsəyən şəxsə 8 il cəza verildi

18 Sentyabr 2019 14:15
0 Şərh     Baxış: 983
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə ittiham edilən 1981-ci il təvəllüdlü Vahid Məcid Ehtiram oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 8 il azadlıqdan məhrum edilib.

İttihama görə, Vahid Məcid işlədiyi "Baku Trans" MMC-nin bilet satışından gələn 74 min manat gəliri mənimsəyib ölkədən qaçıb. Onun barəsində beynəlxalq axtarış elan edilib və Moskvada saxlanılaraq Azərbaycana təhvil verilib. V.Məcid barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib və məbləğin 30 min manat olduğunu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.