Kriminal

“Tez ol, telefonu ver, yoxsa...” - Azərbaycanda dəhşətli namus qətli

12 May 2019 18:37
38 Şərh     Baxış: 25 602

Ailə-məişət zəminində baş verən daha bir qətl hadisəsi məhkəmədə araşdırılıb. Bu dəfə müttəhimlər kürsüsündə qadın əyləşib. Ər-arvad arasındakı növbəti mübahisəyə mobil telefon səbəb olub. Həyat yoldaşını qısqanan 31 yaşlı Maarif ondan telefon işlətməməsini tələb edib. Vüsalə isə ərinin tələbi ilə razılaşmayıb və bıçaqla onu ürəyindən vurub.

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan 31 yaşlı Xaçmaz rayon sakini Vüsalə Mirzəyevanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Milli.Az Virtualaz.org-a istinadən bildirir ki, qətl hadisəsi ötən il iyulun 3-də Xaçmaz rayonunun Xudat şəhərində baş verib. Vüsalə Mirzəyeva həyat yoldaşı Maarif Osmanovla ailə münaqişəsi zəminində mübahisə edib. Ər-arvad arasındakı insident qansız ötüşməyib. Dava-dalaş zamanı V.Mirzəyeva bıçaqla ərinin döş qəfəsindən zərbə endirib. Ağır dərəcəli bədən xəsarəti almış yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

Törətdiyi cinayət əməlinə görə V.Mirzəyeva barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və Xaçmaz rayon məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

İstintaq yolu ilə müəyyən edilib ki, son zamanlar Vüsalə ilə həyat yoldaşı Maarif Osmanov arasında mütəmadi olaraq qısqanclıq zəminində mübahisələr yaranıb. Sonuncu belə hadisə isə ötən ilin iyulunda baş verib. Həyat yoldaşının ona məxsus telefonu əlindən almasından qəzəblənən qadın bıçaqla ona zərbə endirib.

Təqsirləndirilən Vüsalə Mirzəyeva ifadəsində qonşusu Maariflə 13 ildir ailə həyatı qurduğunu, ərinin ailə üzvləri ilə eyni həyətdə, lakin başqa-başqa evlərdə yaşadıqlarını, övladları olmadığını, bacısının uşağını övladlığa götürüb saxladıqlarını deyib. V.Mirzəyevanın ifadəsinə inansaq, Maarif xasiyyətcə sakit, söz-söhbətdən uzaq bir insan olub. Buna baxmayaraq, Vüsaləni hamıya, hətta öz doğma qardaşlarına belə qısqanıb. Maarif evdə olmayanda doğma qardaşları belə onun mənzilinə ayaq basmayıblar: "Ailəmizdəki münaqişələri həmişə qayınanam qızışdırırdı. Övladım olmadığına görə bizi ayırmaq istəyirdi. Amma ərim məni sevirdi, ailə üzvlərinin yanında müdafiə edirdi. Söz-söhbətdən bezib, iyun ayında Bakıya getdim, kirayə ev tutdum, on günə kimi orada qalıb Xətai klinikasında müalicə aldım".

V.Mirzəyeva deyib ki, rayona qayıtdıqdan sonra qayınanası onun gününü qara eləyib, Bakıya əxlaqsızlıqla məşğul olmaq üçün getməkdə suçlayıb. Öz növbəsində, Vüsalə qayınanasına uzun illərdən bəri onu tanıdığını, namaz qıldığını, hicablı qadın olduğunu söyləsə də, xeyri olmayıb: "Qayınanam mənə əxlaqsız damğası vurmağa çalışırdı. Həyatdan bezmişdim. Bircə ərimə və 8 yaşlı qızıma görə səbr edib dözürdüm. Fikirləşirdim ki, bəlkə nə vaxtsa hər şey yoluna düşər, düzələr, bu söz-söhbətlərə son qoyular".

Qətl hadisəsindən bir gün öncə Vüsalə ərinə zəng vuraraq rəfiqəsi Zümrüdün zəhərləndiyini, xəstəxanaya düşdüyünü, ona baş çəkmək üçün yanına getmək istədiyini deyib. M.Osmanov arvadına rəfiqəsigilə getməyə icazə versə də, axşam evə qayıtmağı tapşırıb. Vüsalə qızını da götürüb rəfiqəsigilə gedib. Həmin gün rəfiqəsi Vüsalədən gecəni onlarda qalmasını xahiş edib. Faciənin baş verməsinə əsas səbəblərdən biri də Vüsalənin evdə gecələməməsi olub: "Maarif əvvəl razılaşmadı. Sonra özü zəng vurub dedi ki, qal. Gecə qızımla Zümrüdgüldə qaldım. Evə qayıdandan sonra Maarif Zümrüdgildə qaldığıma görə mənə acıqlandı, aramızda dava-dalaş düşdü. Mobil telefonumu əlimdən aldı, dedi ki, gəl bundan sonra ikimiz də telefon işlətməyək, beləsi daha yaxşıdır. Dedim, bu dövrdə telefonsuz necə yaşamaq olar, telefon sənə də, mənə də lazımdır.  Bu vaxt qayınanam gəlib çıxdı. Onu görüb daha da əsəbiləşdim. Əsəblərimi cilovlaya bilmirdim. Hər şeydən bezmişdim".

V.Mirzəyeva ifadəsinin davamında ərini necə öldürməsindən danışıb: "Gördüm ki, bütün bunların axırı yoxdur, ərim də mənə qarşıdır, inanmır. Ona görə də, mətbəxdən bıçaq götürüb həyətə çıxdım. Üzbəüz mübahisə etdik. Bıçaqla Maarifi vurdum. Əlini sinəsinə tutanda anladım ki, bıçaq ürəyinə dəyib. "Vüsalə, məni vurdun" deyib çınqıllığın üstünə yıxıldı. Özümü itirmişdim, qanaxmasını saxlamağa çalışırdım, ağlayırdım. Maarifi xəstəxanaya apardılar. Həyəcanlı idim, xalamgilə getdim. Bir qədər sonra polis gəldi".

Zərərçəkmiş Zakir Osmanov ifadəsində deyib ki, qardaşı Maarifgilin evindən qışqırıq səsləri gəldiyini eşidib, hasardan boylandıqda ər-arvadın dalaşmasının şahidi olub: "Vüsalə ərinə "tez ol, telefonu ver, yoxsa elə yerindən vuraram, birdəfəlik olarsan" deyirdi. Bu vaxt qəflətən bıçaqla Maarifi vurdu. Bunu görüb yerimdəcə donub qalmışdım. Davanın bu həddə çatacağını gözləmirdim. Hasardan tullanıb qardaşımı qucağıma aldım. Anam Maarifi yerdə görəndə elə bil dəli oldu, qışqırıb küçəyə qaçdı, köməyə adam çağırmağa başladı. Vüsalə vedrəylə su gətirib Maarifin üstünə tökdü. Sinəsinə dəsmal sıxdım ki, qan axmasın. Qonşunun maşını ilə qardaşımı xəstəxanaya apardıq. Həkim müayinə edəndə öldüyünü dedi".

Zərərçəkmiş deyib ki, qardaşının ailəsində söz-söhbət hər zaman qısqanclıq üstündə yaranıb. Mərhum qardaşı öz arvadını hamıya qısqanıb: "Maarif çox qısqanc idi. Arvadı evdə olanda evə öz qardaşlarını da buraxmırdı. Bütün mübahisələri də buna görə olurdu. Mən Vüsaləni kiminləsə danışanda, görüşəndə görməmişəm. Belə söhbətlər haqda aralarında dava-dalaş baş verəndə eşitmişəm. Maarif məni öz həyətinə gəlməyə qoymurdu".

Məhkəmənin hökmü ilə Vüsalə Mirzəyeva 11 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az 

loading...

Şərh yaz:

38 Şərh:

  • Anonim
    Elnarə · 12 May 18:56247

    Növbəti qaynana qurbanı

    Cavab yaz
    • Anonim
      lamiye · 12 May 19:291222

      ne olur yuxullar qaynananun ustune Elnare xanim qaynana ona demisdi ki gelin ged oglumu vur bicaqla ureyinden:?

      Cavab yaz
  • Anonim
    lamiye · 12 May 19:271722

    eyer telfonunda bir iyrenc sey yoxdusa niyede erun gormesinki. demeli sen qadinda ele eruvu firlada firlada isuvu gormusen tellfonla ve ya nece.Yaziq oglan havayi yerde heyatundan oldu bir seytan qadna gore. ALLAH anasina sebr versin rehmete gedenin

    Cavab yaz
    • Anonim
      Azerbaycanli · 13 May 14:1653

      Lamiye xanim bilmeden etmeden hec kimin babalini yumayin,axiretinizi dushunun belkede o qadin hamidan saf ve temizdi,hirsli basda aqil olmur,hemin vaxt ne bash verdiyini bir onlar ozleri,birde allah bilir,gunaha batmayin

      Cavab yaz
    • Anonim
      KONUL · 13 May 16:3631

      SIZ TIPIK AZERBAYCANLILARDANSINIZ XANIM.YAZIRSIZKI TELINDE HECNE YOXDURSA NIYE ERIN GORMESIN. BURDA AXI TELINI VER BAXIM SOHBETI OLMAYIB SIZ NECE OXUYURSUZ YAZILANI? KENARDAN NECE DE GOZELDI SERH ELEMEK ASMAQ KESMEK.BU XANIMIN EN BOYUK VE EN BIRINCI PSIXOLOJI TRAVMASI USAGI OLMAMASI OLUB.

      Cavab yaz
      • Anonim
        asi · 13 May 19:5112

        Könül xanım, Azərbaycanda, azərbaycanlı ailədə baş verən bir hadisəyə tipik azərbaycanlı kimidən savayı başqa hansı millətin təbirincə qiymət vermək olar?? Özümüzə öz gözümüzlə baxıb amma başqa biri kimi görmək səhv deyili??..

        Cavab yaz
  • Anonim
    Maqa Sarkazm · 12 May 19:341322

    Gor indi o telefonda neler olub

    Cavab yaz
  • Anonim
    Alina · 12 May 20:29145

    Diqqətlə oxuyun deyir tel əlimdən aldıb dedi bu gündən nə sən tel işlət nə mən

    Cavab yaz
  • Anonim
    DUZ SOZ ACI OLAR · 12 May 21:24912

    Gelinlere nese olanda sac baş yolanlar hardadirlar? Bu zavalli telefonu insan heyatindan bele ustun tutub. Istemirsen bosan. Niye kimsenin heyatini mehv edirsen? Indi er arvadina bele etse idi millet ozunu yolmusdu. Bu dunya hara gedir bele?

    Cavab yaz
  • Anonim
    Neneden · 12 May 21:251115

    Qaynana dediki get padruqa gilde qal?tembole er qısqanır. Yaxşıki qaynana var yoxsa kime yıxallar

    Cavab yaz
    • Anonim
      Adi insan · 12 May 22:30812

      21.25.Allah size can sagligi uzun omur versin.Duppeduz dediniz ureyimden oldu.Halal olsun.Qaynanalarin da adlari vay qanli olub.Telefon qaldi bir kenara qaynananin adi hallandi.

      Cavab yaz
  • Anonim
    ~~~ · 12 May 22:05220

    Ərin qardaşına halal olsun.Yalandan ya düzündən olsa belə gəlinə əxlaqsızlıq damğası vurmayıb.Adətən boşanan,öldürülən,qaçan gəlinləri ər evində hər kəsin namussuz elan etməsini eşidirdik.

    Cavab yaz
  • Anonim
    yunka · 13 May 00:16914

    get ındı axmaq 11ıl qal telefonsuz er deyır ışletme ışletmede

    Cavab yaz
  • Anonim
    DUZ SOZ ACI OLAR · 13 May 01:06412

    Adi Insana... Cox sag olun. Mence meseleye tek terefli yanaşmaq olmaz. Heqiqet budur.

    Cavab yaz
  • Anonim
    Uzaqdan · 13 May 02:50713

    Azerbaycanda her shey deyishdi amma pis deyishdi.Indi qadinlar kishilerden beter olub.Harda qaldi abir,heya Gun erzinde ne qeder bele xeberler oxuyuruq

    Cavab yaz
  • Anonim
    t · 13 May 08:30108

    eceb eledi.bunun sonu bele olmali idi.kisi oldurseydi ama haqq qaazandirardiz..halal olsun qadina

    Cavab yaz
  • Anonim
    g · 13 May 08:32105

    gunah hemise olende olur

    Cavab yaz
  • Anonim
    Qaqa · 13 May 09:1678

    yazigim geldi olene

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 13 May 10:0759

      Menim deee.. Coxx vaxt gunahkarlar ölmürr öldürür..

      Cavab yaz
      • Anonim
        Esmer · 13 May 10:2795

        Eceb edib öldürüb Bele qısqanclıq olar .qısqanclıqn zülümün axrı budu .ne oldu Ər . öldürseydi günahkar qadın olacaqdı arvad öldürüb yene günahkar qadındı .?? ....

        Cavab yaz
        • Anonim
          ananim · 13 May 11:0948

          bu neçə illərdə o ərinin xasiyyətinə bələd olub onu qəbul etməli idi.qəbul etməyəndə sonu belə olur. qaynananın nə günahı günahı gəlində və gəlinin anasında axtarmaq lazımdı böyük yerində olmayanda son belə olur

          Cavab yaz
          • Anonim
            f · 13 May 14:5963

            eksine kisi onun xasiyyetine beled olub o qadini qebul etmeli idi! bele qisqancliq olmur

            Cavab yaz
        • Anonim
          asi · 13 May 11:36810

          Telefona görə adam da əri öldürər?? Özdə ər təklif edib ki, hər ikimiz işlətməyək..Özdə 13 il az müddət deyil bir insanı anlayıb qəbul etmək üçün..Mən özüm 13 ildir ailə qurmuşam..Indi durub 13 il əvvəldən bildiyim hər hansı bir xüsusiyyət üstə kişini öldürüb??

          Cavab yaz
          • Anonim
            asiye · 13 May 15:0241

            asi bes kisiler niye bele sebeblere gore qadini oldurende coxu haqq qazandirir?!

            Cavab yaz
            • Anonim
              asi · 13 May 19:4712

              Burada səbəb yaradan kişi deyil axı, qadın özüdü..Özünün dediyi kimi biridirsə, onda telefonu ərin əlindən almaq üçün niyə dava çıxarıb, hətta bıçaq da işlədib..Gərək ki, o telefonda bıçaqla adamın ürəyindən vuracaq qədər ciddi bir şey olsun ki, qadın ərin öldürsün..Yoxsa alıb cəhənnəmə alsın, istəyir yerə vurub sındırsın..

            • Anonim
              asiye · 13 May 20:1211

              niye yere vurub sindirsinki?niye kisi qadina oz mali,esyasi yada usagi kimi davranmalidi? qadin usaq deyl.kisiye eynen bu hereket olunsa cox kisi telefonu vermez

            • Anonim
              asi · 13 May 20:5211

              Azərbaycanda azərbaycanlı olub avropalı fikirləri yürütməyək..Bizim dəyərlərimizdə qadın ərinə məxsusdur, azad deyil..Bunu dərk edib qəbul edən qadın kişinin qiymətli özəli olur, anlamayıb dərk etməyən də əşayası, malı olur..Ailədə ər və arvadın öz məsuliyyətləri var..Əgər təməlli və möhkəm ailə istəyirsənsə nələrdəsə güzəştə getməlisən, imtina etməlisən, qəbul etməlisən..Mövzu 13 illik ailədən bəhs edir, dünənin başa düşməyən cavan ailəsindən yox..

            • Anonim
              asiye · 22 May 20:1200

              o dediklerini kisilerde etmelidi

          • Anonim
            asiye · 22 May 20:1100

            fikrin avropasi azerbaycani olmur.ordada kecmisde bizdeki kimi cahillik hokm surub soradan deyisilibler,bizde yavas yavas ele olaciyiq siz istemesezde)

            Cavab yaz
  • Anonim
    asi · 13 May 11:29711

    Gəlinin əməlinin heç bir bəraiti yoxdur.Istər qaynana pis olsun, istər ər qısqanc olsun..Telefonu ərin əlindən almaq üçün bıcağa əl atan gəlinin saflığına da şübhə var..Ərdir, alıb alıb da telefonu.Orada səni narahat edəcək bir şey yoxdursa, dünəndən alsın..Sabah hirsi keçib yenə qaytaracaqdı..Qardaşa da halal olsun, düzgün adamdı..

    Cavab yaz
    • Anonim
      orbet. · 13 May 16:0732

      Asi xanım sizin bu şərhinizə ayaqüstə alqış düşür, çoxları əslində ərə yox, gedəndən sonra pis əməlləri ilə cəhənnəmə gedirlər, ailə də insan üçün Allah dərgahında sınaqdır özü də ən ağırı, iş yerində 500-600 manat əmək haqqı müqabiləndə az qalırlar işəgötürənin ayaqlarının altına düşsünlər halal ərlərinin sözünə əməl etməyə canları çıxır, ərinin sözünə əməl edən qadınlara halal olsun, belə qadınlara canı qurban etmək belə azdır.. yerləri də Allahın vədlərinə görə məlumdur, Cənnət

      Cavab yaz
      • Anonim
        asi · 13 May 19:3822

        Təşəkkür edirəm Orbet bəy..Sizin örnək olası fikirlərinizin yanında mənim yazdığım heç nədir..Ümumiyyətlə ailədə bir-birlərini başa düşə bilən, bir birlərinin sözünə əməl edən kişiyə də qadına da halal olsun..Problemsiz və söz-söhbətsiz ailə yoxdur..Amma bu hadisədə kişini öldürəcək qədər böyük bir səbəb olmayıb.. Qadının hikkəsi və şübhəsi can aldı..Deyir rəfiqəsi gildə qalıb gəlib dava olub..Bir qadın 13 illik ərinin xüsusiyyətini bildiyi halda rəfiqəsi gildə qalmağı seçib ailəsində dava yaradırsa, qurban kişi olmamalı idi..Adam var əri atası evində qalmağa icazə vermir, dünya dağılmırki..

        Cavab yaz
  • Anonim
    fotoqraf · 13 May 11:4774

    telefon evler yixib yixilsin evi telefon cixardanin!!!!!!!!!

    Cavab yaz
  • Anonim
    Fuad · 13 May 13:5427

    Allahda bu millətdən uz donderib

    Cavab yaz
    • Anonim
      Fuada · 13 May 14:3600

      Bilmek olar hansı siz Hansı Fuadsız ?

      Cavab yaz
    • Anonim
      rtuty · 13 May 15:0041

      millet Allahdan uz donderib.

      Cavab yaz
  • Anonim
    ****** · 13 May 17:2612

    QADIN PSİXOLOJİ PROBLEMLİ İNSANA CEVRİLİB YƏQİN-- YƏNİ DƏLİLİYƏ GƏLİB CATIB----BİZİMKİLƏR İSƏ BUNU DƏLİXANAYA GÖNDƏRMƏK ƏVƏZİNƏ TÜRMƏYƏ GÖNDƏRİBLƏR-----BİABIRCILIQDIR -----AYƏ QARDAŞ AĞILLI ADAM ƏRİNİ BICAQLAYAR.BİR DÜŞÜNMƏK LAZIMDIR.

    Cavab yaz
    • Anonim
      uyj · 13 May 20:1321

      agilli kisi bes arvadini bicaqlayar? onda arvadini bicqlayan kisileride delixanaya gonderek

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.