Azərbaycanda təzə gəlin asılı vəziyyətdə tapıldı - Dedilər toy gecəsi... - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İsmayıllıda 5 ayın gəlini yaşadığı evdə asılı vəziyyətdə tapılıb.
Milli.Az xəbər verir ki, valideynləri və qohumları rayonun Qaraqaya kənd sakini olmuş Mahirənin ölümündə onun həyat yoldaşını ittiham edirlər. Mərhumun ailə üzvlərinin iddialarına görə təzə gəlini əri qısqanclıq zəminində qətlə yetirib.
Mahirənin dayısı mərhuma zülümlər verildiyini iddia edib:

"Gəl dərdini danış" proqramına "Hamımız Mahirə gəlin köçəndən sonra İvanovkaya qonaq getdik. Ancaq mən oğlanı ora gələn görmədim. Çıxdım gördüm çöldə bir cavan uşaqla oturub. O dayanan yerdən də evinin içinə - qadınlar oturan yerə "xod" var idi. Sanki orada mühafizəçi kimi oturmuşdu ki, bu qız çölə çıxmasın. Kənddə gözümüzün qabağında böyüyən qız olub. Gəlirdi dayıynan necə görüşürdü əvvəl. Orada mən qızı gördüm, oğlan da qapının ağzında oturub tək çörək yeyirdi. Dedim "Sən niyə burada tək oturub çörək yeyirsən?". Cavab verdi ki, guya içəridə yer yoxdur. Amma rəhmətlik Mahirəni qapının arasından gördüm, baxdı mənə. Mən elə bildim ki, o mənə yaxınlaşacaq. Gördüm yox, çəkildi dala. Mən də gəldim ordan, heç kimə də heç nə demədim. Dedim bəlkə təzə gəlindi, söz-söhbət olar. Axırda onlardan çıxıb gələndə bu vaxtacan gəlib görüşməyib. Axı mən gedib görüşməliyəm, oradan kəndə gedirəm. Ora ilə buranın arasında hardasa 40 kilometr məsafə var. Yaxınlaşdım ki, görüşüm, rəhmətlik Mahirə qapının arasından mənə əl verdi. Oğlan da mənim arxamda durmuşdu. Mən onda hiss etdim ki, bu qızın günü gün deyil. Anladım ki, o qız gedən gündən qapılar arxasında saxlanılır. Elə bil hansısa cinayətkardır, məhbus kimi saxlayırdılar. Qız günü-gündən də qup-quru quruyurdu. Mən hiss edirdim ki, o oğlan normal adam deyil. Xoşbəxt ona ərə gələn ilk qızın ailəsidir ki, tez başa düşüb balasını qaytardı".

Təzə gəlinin atası da tükürpədici açıqlamaları ilə diqqət çəkib:
"Bilməzdim balamı belə zülümlə öldürərlər. Birinci gün bizə elçiliyə gələndə bizi aldatdılar. Dedi "Onsuz da biləcəksiniz, ilk evləndiyim qadını toy gecəsi qaytarmışam". Güya o qız uşağı çıxmayıb, toy gecəsi qaytarılıb. Amma yalandır. 40 gün o qızı (birinci həyat yoldaşını) da evində saxlayıb. Əvvəl bilməmişik. 40 gündən sonra qızın anası balasını qaçırdıb onlardan".

Mahirənin anası isə qızının ölüm xəbərini kürəkənindən aldığını bildirib:
Biz xəstəxanaya çatanda qızımı morqa saldılar. Prokurorla girdik morqa. Elə bil qızım yuxuya gedib. Dodağı Babadağının qarı kimi idi. Boğazında təkcə ip izi var idi. Səhərdən öldürmüşdülər nə idi bilmirəm, təzə ölən bu dəqiqə soyumadı ki. Elə bil ki, qızımı don vurmuşdu. Heç vaxt mənim qızım özünü asmaz. Ona görə ki, o, namaz qılan, Quran oxuyan, Allaha inanan adam idi. Həmişə deyirdi ki, "Allahın işinə qarışmaq olmaz. Allah adama necə can verirsə, elə də alacaq. Mən kürəkəndən şübhələnirəm".
Qeyd edək ki, bəy toyunda Mahirənin cəmi bir dəfə rəqsinə icazə verib. Ailə üzvlərinin dediyinə görə, onlara qonaq gələn valideynlərini Mahirə əri Seyhunun icazəsi olmadan evə buraxmırmış. "Zəng edin Seyhuna deyin, sonra" deyirmiş.
Məhəmməd Vaqif
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
"Şəki yaylası"nın sahibini hansı cəza gözləyir?
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
Ötən gün 71 cinayətin açılıb, axtarışda olan 149 şəxs saxlanıldı
-
Bakıda qadın maşına hücum çəkdi - Anbaan Video
XƏBƏR LENTİ
-
Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - Bəlli oldu
-
"O, həyatı boyu ürəyini dəyişmədi" - (Video)
-
Maaş, pensiya və sosial ödənişlərlə bağlı yeni xəbər var
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Bu şəxslərə 300 manat veriləcək
-
Kaşif Kozinoğlunun ölümü ilə bağlı 3 nəfər tutuldu
-
Toyda bu dəfə robot qol qaldırıb oynadı - (Video)
-
Tatarıstana PUA hücumu: Ölənlər və yaralananlar var
-
Mbappe ən yaxşı gənc futbolçunun adını açıqladı
-
Bu ərazilər qazsız qalacaq
-
Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
-
İndoneziyada 241 sərnişini olan gəmi yoxa çıxdı
-
Türk bayrağına tüpürən turistə bu cəza veriləcək
-
Bu küçələrə giriş bağlandı
-
Rusiyada bu hava limanları bağlandı
-
"Zirə" "Qarabağ"a qarşı
-
Rəşad Dağlının qızı ilə Orxan Lökbatanlının dueti maraq yaratdı - (Video)
-
- Sürücülərin diqqətinə: Bu prospektdə təmir aparılacaq
-
Azərin anasını belə təbrik etdi - (Video)
-
“Kirayə götürmüşük” dediyi qızıllar odunluqdan çıxdı - (Video)
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
İsmayıllıda qəza - Ölən var
-
Azərbaycanlı aktyor qızı ilə - (Foto)
-
“Real” Madrid derbisində darmadağınla qalib gəldi





