Kriminal

Yollarda insanları soyub pulunu alanlar tutuldular

9 Aprel 2018 14:05
0 Şərh     Baxış: 1 712
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

DİN-dən Milli.Az-a verilən məlumata görə, aprelin 7-də DİN-in "102 Zəng Mərkəzi Xidməti"nə Binəqədi rayonu ərazisində soyğunçuluq törədilməsi barədə müraciət daxil olub. Məlumatla əlaqədar dərhal  Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla saat 23 radələrində Xocəsən qəsəbəsi ərazisində "Mercedes" markalı avtomobildən düşən 2 naməlum şəxsin qəsəbə sakini Zahid Nuriyevin 650 manat pulunu açıq talama yolu ilə alması müəyyən edilib.

Təxirəsalınmaz tədbirlərlə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilib və əməliyyat-axtarış tədbirləri ilə "isti izlər"lə saxlanılıblar. Onların Bakı şəhər sakinləri,  "Mercedes" markalı avtomobilin sürücüsü Müşfiq Əliyev və sərnişini Yavər Zalov olduqları müəyyən edilib.

Xətai rayonu ərazisində də eyni üsulla cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Belə ki, aprelin 8-də Gəncə prospektində "Opel" markalı avtomobilin sürücüsünün Bakı şəhər sakini T.Abbasovaya qarşı zor tətbiq edərək 300 manat pulunu və mobil telefonunu alması faktı ilə əlaqədar 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş Ramiz Əhmədov olduğu müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

Pünhan Mirzə
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.