Kriminal

Azərbaycanlı gənc bu əməli ilə Türkiyə polisini səfərbər etdi - VİDEO

21 Noyabr 2017 16:26
0 Şərh     Baxış: 1 857
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə marketdən oğurluq edib qaçan azərbaycanlı sərhəddə tutulub. 

Milli.Az baku.ws-yə istinadən xəbər verir ki, hadisə Bursa şəhərində baş verib. 

33 yaşlı azərbaycanlı T.Z axşam saatlarında marketə girərək satıcını tapança ilə hədələyib və pulların verilməsini tələb edib. 

Marketin kassiri kassada olan 1000 lirəni (432 AZN) soyğunçuya verib. Pulu götürən azərbaycanlı marketi tərk edərək qaçmağa başlayıb. 

Polisə verilən xəbərdən sonra axtarışlara başlanılıb. Azərbaycanlı soyğunçu ölkədən qaçmaq istəyərkən Sarp sərhəd-keçid məntəqəsində saxlanılıb. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanlı gənc bu əməli ilə Türkiyə polisini səfərbər etdi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.