Kriminal

"Onu Əli adında iranlı oğlan vermişdi" - Narkotik gizlədən şəxs - VİDEO - FOTO

14 Mart 2017 13:03
1 Şərh     Baxış: 1 574
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıt polisi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, şəhər polis idarəsi əməkdaşları Sumqayıt sakini, əvvəllər məhkum olunmuş Cabir Qayıbovu şübhəli şəxs qismində saxlayıblar.

Onun üzərinə baxış keçirilərkən şübhələr özünü doğruldub. Qayıbovun üstündən 1 qram heroin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxsin yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı oradan əlavə olaraq 2 kq 45 qram heroin, 3 kq 170 qram marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs ilkin ifadəsində narkotik vasitəni satmaq niyyəti ilə əvvəldən tanıdığı İran vətəndaşından aldığını bildirib.

Cabir Qayıbov - saxlanılan şəxs: "Polislər şübhəli şəxs kimi məni tutdular, üstümdə heroin var idi. Sonra getdik evin ayağındakı həyətə. Orada 2 kq heroin, 3 kq marixuana var idi. Mənə vermişdilər saxlamağa. Elə oldu ki, polislər gəlib tutub apardılar. Onu Əli adında iranlı oğlan vermişdi. 2-3 dəfə yanıma gəlib".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.