Kriminal

İki azyaşlı qızını boğan ananın son məktubu

7 İyun 2015 12:19
11 Şərh     Baxış: 6 688
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tovuzda bir ana iki azyaşlı qızını öz əlləri ilə boğaraq öldürüb. Daha sonra isə öz ürəyinə zərbə endirib.

Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin Tovuzdan olan deputatı Qənirə Paşayeva "facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, azyaşlı bacıların adı Ayan Aişə olub.

Ananın adını açıqlamayan millət vəkili onun psixoloji problemləri olduğunu qeyd edib.

"Tovuzda neçə ana məndən, bəlkə, daha çox məlumatlı ola bilərəm deyə bu dəhşətli hadisənin səbəblərini soruşurdular. Son aylarda bizi çox ciddi sarsan hadisələrdən biri oldu. Bu dəhşətli bir cinayət, bir ananın öz övladlarını öz əlləri ilə boğub öldürməsi duyduğum ən dəhşətli hadisələrdən oldu. Sosial problemlər, çətinliklər ola bilər, amma bunlar bir anaya övladlarını öz əlləri ilə boğub öldürməsi üçün əsas ola bilməz. Görünən odur ki, söhbət həm də ciddi psixoloji problemlərdən də gedir. İntihara cəhd etməzdən öncə yazdığı məktubdakı bəzi sözlər isə insanı dəhşətə gətirir", - deyə millət vəkili bildirib.

Ananın son məktubunda belə deyilir: "Mən həyatdan bezmişəm. Belə yaşamaq istəmirəm. Mən şeytanın yolu ilə gedirəm. Uşaqları da özümdən sonra heç kimə əmanət etmirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.