Azərbaycanın gömrük orqanları qaçaqmalçılıq hallarına, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir. Bu istiqamətdə görülən qətiyyətli tədbirlər nəticəsində gömrükçülər narkotacirlərin respublika ərazisinə 2 kiloqram 480 qram narkotik maddə keçirmək cəhdinin qarşısını alıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, narkotik vasitə Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun gömrük nəzarəti zonasına daxil olan, Ukrayna vətəndaşı Əsədov Niyazi Cavanşir oğlunun idarə etdiyi "Volkswagen Transporter" markalı, AK 1046 AP dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə və nəqliyyat vasitəsində olan yüklərə keçirilmiş gömrük baxışı zamanı aşkar edilib.
Belə ki, gömrük baxışı zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə nəqliyyat vasitəsindəki 1 ədəd yağ qutusunda olan yağın içərisində gizlədilən ağ rəngli polietilen bağlamaya bükülmüş vəziyyətdə, xalis çəkisi 2 kiloqram 480 qram bitki mənşəli kütlə, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
İstintaqla müəyyən edilib ki, Qarayev Dəyanət adlı şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə Ukraynada şəxsiyyəti istintaqla müəyyən edilməmiş bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girib, istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda, 2 kiloqram 480 qram qurudulmuş marixuana narkotik vasitəsini əldə edib, yağın içərisində yerləşdirərək saxlayıb, Əsədov Niyazi Cavanşir oğlunun idarə etdiyi "Volkswagen Transporter" markalı sərnişin mikroavtobusunun salonunda daşıyaraq Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməyə çalışıb. Aparılmış əməliyyat tədbirləri zamanı Qarayev Dəyanət Babaxan oğlu Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-Mineralnıye Vodı aviareysi ilə ölkə ərazisini tərk etmək istəyərkən saxlanılıb.
Beləliklə, Qarayev Dəyanət Babaxan oğlunun Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi toplanmış sübutlarla kifayət qədər təsdiq edildiyindən şübhəli şəxs qismində tutulub, Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakı olan digər şəxslərin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Milli.Az
Kriminal
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Narkotacirlərin Azərbaycana 2,5 kq-a yaxın narkotik maddə keçirmək cəhdi alınmadı
29 Aprel 2015 16:35
0 Şərh
Baxış: 2 054

DİGƏR XƏBƏRLƏR
-
Bakıda xanım satıcını aldadıb bahalı parfüm OĞURLADILAR - Anbaan VİDEO
-
Xaçmazda qadın qətlə yetirildi - Oğlu saxlanıldı
-
"Sputnik Azərbaycan" işinə görə saxlanılan iki nəfər həbs edildi - yenilənib
-
İlqar Mustafayev bu şəxslərlə əlbir imiş - 12 milyonluq cinayət
-
Bakıda gənc oğlan münasibətdə olduğu müğənnini öldürdü - FOTOlar
-
Bakıda ticarət mərkəzindən bahalı saat oğurlandı
XƏBƏR LENTİ
-
Bu qidaları birlikdə YEMƏYİN – Ekspertdən xəbərdarlıq
-
Son zamanlarda yayılan xəstəlik nədir? - Həkimdən AÇIQLAMA
-
Azad, abad, zəfər əhvallı Xankəndidən fotoreportaj
-
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
-
"Dövlətin ayırdığı pulsuz dərmanı ala bilmirəm" - VİDEO
-
Xankəndidə beynəlxalq sammit: Azərbaycanın geosiyasi qələbəsi
-
İran yenidən hava məkanını açır
-
“Qəbələ”nin yeni transferi
-
Günün qoroskopu: Qorxma, çünki hər yeni gün yeni bir nəfəsdir
-
Xanımı Azərin heç yerdə olmayan görüntülərini paylaşdı - VİDEO
-
Daha bir güləşçimiz Avropa çempionu oldu
-
İlham Əliyev və Şavkat Mirziyoyev Xankəndidə sakinlərlə səmimi söhbət ediblər - VİDEO
-
DİM 393 abituriyentin yazı işinə düzəliş etdi - ŞİKAYƏT
-
"Kill Bill"in aktyoru vəfat etdi - FOTO
-
Tacir Şahmalıoğluna 80 minlik saat hədiyyə ediblər - VİDEO
-
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Ağdamda Şahbulaq qalasında olublar - FOTO
-
Paşinyan yenə II Qaregini istefaya çağırdı
-
Bu sahələrdə işçi çatışmır - VİDEO
-
Cənubi Koreyada yeni baş nazir təyin edildi
-
Əsir və girovlarımızın başına nələr gətirilib? - MƏHKƏMƏ - FOTO
-
"Melissa Group" və mülkün sahibi razılaşıb, Alatavadakı qalmaqallı mülk sökülüb - FOTO
-
Dioqo Jotanın dəhşətli qəzasından görüntülər yayıldı - FOTO
-
Artıq Bakıdakı “lyuk”lar adamı daha çox qorxudur... - VİDEO
-
Hava bu tarixdə düzələcək