Kriminal

Bakıda təkər oğruları peyda olub - FOTO

27 Fevral 2015 16:44
0 Şərh     Baxış: 1 062
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cinayəti törədən şəxslərin tapılması istiqamətində axtarışlar davam etdirilir

Bakıda təkər oğruları peyda olub.

Report-un məlumatına görə, ötən gecə Nərimanov rayonu, Azadlıq prospekti 152 ünvanında yaşayan Sənan Qəribli və daha bir nəfərə məxsus "Mercedes" markalı iki avtomobilin təkərləri naməlum şəxslər tərəfindən oğurlanıb.

Səhər saatlarında avtomobilləri ilə işə getməyə hazırlaşan zərərçəkənlər maşınların təkərlərinin oğurlandığını və nəqliyyat vasitələrinin daş üstünə qoyulduğunun şahidi olublar.

Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsi və idarənin 16-cı Polis Bölməsinə məlumat verilib. Polislər hadisənin baş verdiyi ünvana baxış keçiriblər. Cinayəti törədən şəxslərin tapılması istiqamətində axtarışlar davam etdirilir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.