Kriminal

Kredit kartı ilə fahişəlik edən azərbaycanlı qadınlar

27 Fevral 2015 13:37
4 Şərh     Baxış: 6 247
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyədə həyata keçirilən əməliyyat zamanı 28 əcnəbi qadın saxlanılıb.

Anspress-in məlumatına görə, Dənizlidə aparılan araşdırmalar zamanı fahişəlik etdikləri müəyyən edilmiş 28 əcnəbi qadın və onlara "zorla fahişəlik etdirdiyi" iddia edilən 7 nəfər ələ keçirilib.

Dənizli jandarması tərəfindən aparılan əməliyyatlarda bir çox ünvanlar təqib edilib. Məlum olub ki, qadınları fahişəliyə məcbur etməkdə şübhəli bilinən şəxslər nağd pulu olmayan müştərilərə kredit kartı ilə xidmət göstəriblər.

Fahişəlik edən qadınlar Gürcüstan, Azərbaycan, Rusiya Federasiyası və Türkmənistan vətəndaşları olub.

Şübhəlilərin qaldığı evlərdə aparılan axtarışlar zamanı 3 sənədsiz tapança, 8 ov tüfəngi, xarici ölkə vətəndaşı olan qadınlara aid borc sənədi və qadınlara aid pasportlar ələ keçirilib.

Faktla bağlı istintaq başladılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.