Atası, əmisi və qardaşı tərəfindən zorlanan 15 yaşlı qız danışdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hadisə keçən ilin fevralında Neftçala rayonunda baş verib. Belə ki, rayon sakini 15 yaşlı G.N (adı şərtidir) mütəmadi olaraq, atası R.N və əmisi (Z.N) tərəfindən seksual zorakılığa məruz qalıb.Daim cinsi zorakılığa məruz qalan gənc qız bir müddətdən sonra taleyi ilə barışıb və onlara müqavimət göstərməyib
Milli.Az lent.az-a istinadən bu dəhşətli cinayət işini təqdim edir.
Bu hadisəyə hansı faktdan başlayacağımı müəyyənləşdirməkdə çətinlik çəkirəm. Ata və əmi 15 yaşlı anasız qızın başına bu iyrəncliyi bir dəfə gətirməyiblər. Bu iyrənclik bir ildən çox davam edib. Üstəlik, ibtidai istintaqı zamanı ifadə verən G.N bakirəliyinin qardaşı tərəfindən pozulduğunu söyləyib. Yəni atası və əmisindən qabaq qardaşı tərəfindən seksual zorakılığa məruz qalib.
Qardaşı bacısına, ata qızına sataşır
G.N-nin atası və qardaşı ilə birlikdə rayonda yaşayırdılar. Anasını itirmiş G.N atasının və qardaşının qulluğunda dururdu. Günlərin birində G.N-nin özündən 3 yaş böyük olan qardaşı T.N evdə bacısı tək olan zaman onu hamamda çimərkən zorlayır. Qardaşı onu öldürəcəyi ilə hədələdiyindən G.N qorxusundan bu barədə heç kəsə bir söz demir. T.N hərbi xidmətə yola düşənəcən bacısını bir neçə dəfə zorlayır. Qardaşından təzəcə canını qurtarmış 15 yaşlı qız bu dəfə atasının hədəfinə çevrilir.
Günlərin birində G.N-ya atası Z.N-nin gözü düşür. Evin təmiz olmamasını bəhanə gətirən ata qızını döyməyə başlayır. Bu zaman G.N-nin əynindəki paltar cırılır. Qızının çılpaq bədəni Z.N-nın ağlını başından alır. O, qızına təcavüz edir. G.N nə qədər çalışsa da, atasına müqavimət göstərə bilmir. Z.N qızının bakirə olmadığını görür. Təcavüz etdikdən sonra yenidən G.N-ni döyməyə başlayır. Ondan ilk dəfə kiminlə olduğunu soruşur. Lakin G.N qorxusundan heç nə demir. Atası yenə onu döyməyə başlayır. Və beləliklə, atanının qızını zorlaması mütəmadi olaraq davam edir. Qızının bakirə olmaması Z.N-nin əlində bir bəhanəyə çevrilir.
Bir neçə müddətdən sonra Z.N-nin həbsdə olan qardaşı R.N azadlığa çıxır və onlara gəlir. Qardaşıgildə yaşayan R.N heç bir işlə məşğul olmur. Həbsdən əvvəlki avaraçılıq həyatına davam edir. Günlərin birində R.N rayon mərkəzindən evə gələrkən qardaşının mənzilindən səs-küy və ağlamaq səsi gəldiyini eşidir. Astaca içəri daxil olan R.N qardaşının G.N-ni zorladığını görür. Lakin o, qapı arxasından qardaşının bu iyrənc hərəkətinə baxaraq, heç bir söz demədən bayıra çıxır. Z.N-nin başı qızını zorlamağa qarışdığından R.N-nin gəlib-getdiyinin fərqinə belə varmır.
R.N axşamüstü evə qayıdır. Bu barədə nə Z.N-yə, nə də G.N-yə bir söz demir. Sən demə, R.N-nin də öz planı varmış, qardaşının qızına tamahı düşübmüş. O, G.N-nin evdə tək olacağı anı gözləyir. Və həmin an gəlir yetişir. Z.N rayon mərkəzinə gedən zaman R.N fürsətdən istifadə edib qardaşı qızını yatdığı yerdə zorlayır.
Atası və əmisi tərəfindən seksual zorakılığa məruz qalan G.N zorlanan zaman artıq müqavimət göstərmirdi. O, müqavimətin göstərməyin mənasız olduğunu fikirləşirdi və bu barədə söyləyəcəyi nə qonşusu, nə də yaxın bir qohumu olduğunu fikirləşərək, başına gətirilən bu bəlalara dözməkdə davam edirdi.
Namusuna toxunduğu qızını qardaşına "qısqanan" ata
Günlərin birində Z.N qardaşı R.N-nin qızı G.N ilə cinsi əlaqədə olmasının şahidi olur. Bundan çox qəzəblənən Z.N qardaşını hədələməyə başlayır. Lakin R.N bu hədələrə məhəl qoymur. G.N ilə aralarındakı münasibəti davam etdirir. Qızını qardaşına "qısqanan" ata polisə üz tutur. O, qardaşının qızı G.N-ni zorlaması ilə bağlı polisə şikayət edir. Z.N fikirləşir ki, qızı atasını satmayacaq, onsuz da əmisi həbsdə olub, bu cinayəti onun həbsə geri qayıtması üçün əsas olacaq. Z.N da qızını zorlamağa davam edəcək.
Polis tərəfindən dindirilən G.N atası və əmisi tərəfindən mütəmadi olaraq zorlandığını bildirir. G.N-nin ifadəsi əsasında ata və əmi həbs olunur. İbtidai istintaqın gedişində G.N daha bir faktın üstünü açır. O, ilk dəfə olaraq qardaşı tərəfindən zorlandığını söyləyir. Qardaşı hərbi xidmətdə olduğundan onun barəsində müvəqqəti olaraq tədbir görmək mümkün olmur. Ata ilə əminin cinayət işi birlikdə məhkəməyə göndərilir.
Məhkəməyə ifadələrində Z.N qızı əxlaqsız yola düşdüyünə görə onu cəzalandırdığını bildirir. O, G.N-nin qardaşı T.N-yə şər atdığını söyləyir. R.N isə qardaşı qızını zorlamadığını, onun istəyi ilə cinsi əlaqədə olduğunu söyləyir.
G.N məhkəməyə ifadəsində ibtidai istintaqa verdiyi ifadəni təsdiqləyir. Beləliklə, məhkəmə prosesi sona çatır. Məhkəmənin hökmü ilə R.N 15 il, Z.N isə 14 il müddətinə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməklə azadlıqdan məhrum edilirlər.
G.N-ni ilk dəfə zorlayan qardaşı barəsində isə cinayət işi ayrı icraatda aparılır. Çox güman ki, məhkəmə onun barəsində də ədalətli qərar çıxaracaq.
P.S. Bu yazı R.N və Z.N barəsində olan cinayət işinin ittiham aktı əsasında qələmə alınıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə 15 yaşlı qızın güllələnmiş halda meyiti TAPILDI - FOTO
-
Türkiyədə azərbaycanlı xəstə baxıcısı 88 yaşlı qadını DÖYDÜ - FOTO
-
8 güllə ilə atasını ÖLDÜRDÜ: "Heç kim istəməz..." - VİDEO
-
31 yaşlı qadın kafedə qətlə yetirildi - Əri saxlanıldı
-
93 yaşlı kişini küçənin ortasında döyüb pullarını OĞURLADI - Anbaan VİDEO
-
Kürəkənini öldürən qayınananı belə qarşıladılar - VİDEO - FOTO
XƏBƏR LENTİ
-
Küçədə Cem Yılmaza sərt reaksiya: “Allah bəlanı versin!” - VİDEO
-
Rəsul Çunayev atası ilə bağlı maraqlı xatirəni bölüşdü: "O cümləni əzbərləmişdi"
-
Şəhər mərkəzi dəyişir - Yeni model AÇIQLANDI
-
"Neftçi"nin Konfrans Liqasındakı rəqibləri kimlərdir?
-
Ayın 20-də yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ
-
Gündə 20 dəqiqədən çox skuter sürmək TƏHLÜKƏLİDİR
-
"Eurovision"da səsvermə qalmaqalı: Televiziya rəhbəri istefa verdi
-
Aylığı 500 manat olan bağçada vəziyyət - "Uşağıma müəllimlər şiddət göstərib" - VİDEO
-
Kurtua klub sahibi oldu
-
"Ağıllı şəhərlər" - bəşərin gələcək komfortu, yoxsa yeni miqrasiya problemləri? - ARAŞDIRMA
-
"9 aylıq körpəmi İTİRDİM, getsinlər uşaqlarının qəbrinin yerini tanısınlar"
-
Prezident İlham Əliyev Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədrini qəbul edib - FOTO
-
Ronaldonun Corcinası görünüşünü DƏYİŞDİRDİ - FOTOlar
-
Gələn həftə 5 gün EVDƏYİK
-
Tribunalardan birinə Qvardiolanın adı veriləcək
-
67 ölkə arasında Azərbaycan uğuru - Gənc proqramçılardan qürurverici nəticə
-
Qobustan qəsəbəsi ərazisində qəzalı körpünün söküntüsünə başlanılıb
-
Bakı-Tbilisi-Bakı qatarının gediş-gəliş qiyməti bu gün AÇIQLANACAQ
-
Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
-
Beynəlxalq avtomobil daşımaları ilə bağlı YENİ QƏRAR
-
Bakının simasında qədimliklə müasirliyin harmoniyası aydın görünür - Kamaləddin Qafarov
-
Şəhər tale kimi: Azərbaycan daş yaddaşından gələcəyin memarlığına doğru
-
Ançelotti Neymarla bağlı qərarından danışdı
-
Əhaliyə PİS XƏBƏR: Bu peşələri süni intellekt əvəz edir - TAM SİYAHI





