Kriminal

Göyçayda maşın məsələsi cinayəti ortaya çıxardı

17 Yanvar 2015 14:59
0 Şərh     Baxış: 1 420
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Göyçay rayon xüsusi notariusundan avtomobilə etibarnamə alarkən saxta sənəd təqdim etmiş üç şəxs saxlanılıb
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 15-də Yevlax şəhər sakinləri Orxan Həsənov, Kamal Kamalzadə və Şəki şəhər sakini Aydın Qaragözov Göyçay rayon xüsusi notariusundan Röyal Nəbiyevin adına olan "Nissan" markalı avtomobilə etibarnamə alarkən R.Nəbiyevin adına verilmiş şəxsiyyət vəsiqəsinin saxta olması müəyyən edilib.

Bununla əlaqədar hər üç şəxs Göyçay RPŞ-yə gətirilib. Üzərlərinə baxış zamanı onlardan İlham Rəhimovun adına verilmiş saxta ümumvətəndaş pasportu, İsmayıl Cəfərovun, Elşad Əhmədovun, Məqsəd Cəfərovun adlarına verilmiş saxta şəxsiyyət vəsiqələri aşkar edilərək götürülüb.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların həmin saxta sənədləri Yevlax şəhərində yeni yaşayış sahəsindəki evlərdən birində yaşayan İzzət Musayevdən almaları müəyyən edilib.

İ.Musayevin evinə baxış zamanı 1 ədəd surətçıxarma aparatı, Gülnaz Bayramovanın və Təranə İsmayılovanın adlarına verilmiş saxta şəxsiyyət vəsiqələri və 24 ədəd kağız aşkar edilərək götürülüb.

Hazırda İ.Musayevin tutulması üçün əməliyyat-axtarış tədbirlər görülür.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.