Kriminal

Bakıda 4 uşaq anası öz ərini yuxuda olarkən bıçaqladı

10 Yanvar 2015 11:18
4 Şərh     Baxış: 4 171
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda baş verən qətl hadisəsi hələ uzun müddət gündəmdən düşməyəcək.

Milli.Az vesti.az-a istinadən bildirir ki, hadisə Binəqədi rayonunda baş verib. 28 yaşlı Masallı rayon sakini Tuba Səfərova yuxuda olarkən əri Elton Səfərovu (istintaq sirri olduğu üçün adlar dəyişdirilib) doğramağa çalışıb. Qadın ərinin qarın nahiyəsinə bir neçə bıçaq zərbəsi vurub.

Hazırda Binəqədi rayon Prokurorluğunda cinayət işi açılıb. Dörd uşaq anası olmasına baxmayaraq, Səfərova bərəsində həbs qətimkan tədbiri seçilib.

Hadisədən əvvəl ərlə arvad arasında münaqişə baş verib. Tuba ona sataşan kişinin layiqli cavabını vermədiyi üçün ərini ittiham edib.

Tuba kifayət qədər gözəl qadındır. O, özü də bu barədə yaxşı bilir və istifadə edir. Tez-tez ərini qısqandırmaq üçün hərəkətlər edirdi. Tuba ərini başqa kişilərlə davaya da sövq edirdi. Əri isə xasiyyətcə sakit və münaqişələrdən uzaq insandır.

Xəstəxanaya yerləşdirilən kişi xoşbəxtlikdən sağ qalıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.