Kriminal

Bakıda dəhşətli qətl: oğulluğunu öldürdü - YENİLƏNİB

30 İyul 2014 11:28
3 Şərh     Baxış: 1 903
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəzər rayonu, Buzovna qəsəbəsində dəhşətli qətl hadisəsi törədilib.


11:28

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Buzovna sakini, 1969-cu il təvəllüdlü Ağaməmməd Hüseynov ögey oğlu, 1981-ci il təvəllüdlü Samir Həsənovu  bıçaqlayaraq qətlə yetirib. S. Həsənov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

İlkin araşdırmalara görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

---------
10:09

Aznews.az-ın xəbərinə görə, atalıq oğulluğunu bıçaqlayıb. Nəticədə Samir adlı şəxs hadisə yerindəcə dünyasını dəyişib.

Sakinlərin əməkdaşımıza verdikləri məlumata görə, qətli törədən şəxs qaçıb gizlənməyə müvəffəq olub.

Aznews.az-ın əməkdaşı məsələ ilə bağlı Xəzər Rayon Polis İdarəsi ilə əlaqə saxlayıb. İdarənin 2-ci bölməsindən faktı təsdiqləyiblər.

Məlum olub ki, oğulluğunu öldürən şəxs qaçıb gizlənməyə cəhd göstərsə də, onu saxlamaq mümkün olub.

Hələlik onun adı açıqlanmır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.