Kriminal

Konfetdən narkotik çıxdı

17 İyul 2014 18:54
0 Şərh     Baxış: 826
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həbsxanaya narkotik maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
 

Milli.Az bildirir ki, Trend Ədliyyə Nazirliyinin Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5 maddəsinə əsasən təqsirli bilinərək azadlıqdan məhrum edilmiş məhkum Vüsal Saleh oğlu Ataşova xalası oğlu Nurlan Allahverdi oğlu Nuriyevin gətirdiyi sovqata baxış keçirilib.
 

Baxış zamanı konfetlərlə dolu olan sellofan paketin içərisində gizlədilmiş, xalis çəkisi 10,588 qram olan narkotik vasitə - "Tiryək", 2,90 qram olan narkotik vasitə - "həşiş", 1,462 qram olan narkotik vasitə - "heroin" və 1,706 qram olan narkotik vasitə - "kokain" aşkar edilərək götürülmüşdür.
 

Fakt üzrə araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.