Kriminal

Balakəndən gənci bıçaqdan keçirdilər

17 İyul 2014 13:39
0 Şərh     Baxış: 827
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Balakəndə 22 yaşlı gənc naməlum şəraitdə bıçaqlanıb

APA-nın məlumatına görə, hadisə iyulun 16-da axşam saatlarında Balakən şəhəri ərazisində baş verib.

1992-ci il təvəllüdlü Balakən şəhər sakini Əmrah Məhəmməd oğlu Abdullayev aşağı ətrafın sağ bud nahiyəsinin kəsilmiş və deşilmiş yarası ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Balakən RMX-dan APA-ya verilən məlumata görə, Ə.Abdullayevin üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, hazırda vəziyyəti orta-stabil hesab edilir.

Balakən rayon Polis Şöbəsində faktla bağlı cinayət işi qaldırılıb, Ə.Abdullayevin kim və hansı şəraitdə bıçaqlanması araşdırılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.