Kriminal

Beynəlxalq axtarışda olan azərbaycanlı Türkiyədə ələ keçdi - VİDEO

5 Fevral 2026 14:24
Baxış: 573
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Iğdır vilayətində beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb.

Milli.Az xəbər verir ki, əldə edilən məlumata görə, beynəlxalq axtarışda olan və "İnsan alveri" və "Fahişəliyə təhrik etmə, məcbur etmə , asanlaşdırma və yer təmin etmə" cinayətləri ilə 43 il 3 ay 10 gün həbs cəzası və 12.480 TL məhkəmə cəriməsi ilə cəzalandırılan Azərbaycan vətəndaşı N.S. İğdır-Naxçıvan yolunda keçirilən qəfil əməliyyat zamanı şübhəli bilinərək saxlanılan nəqliyyat vasitəsində yaxalanıb.

Nəzarətə alınan şəxs məhkəmə prosesindən sonra həbs olunaraq həbsxanaya təhvil verilib.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.