Kriminal

Əli Kərimlinin mühafizəçisi SAXLANILDI

22 Mart 2025 13:36
Baxış: 1 856
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkələrdə AXCP sədri Əli Kərimlinin mühafizəçisinin saxlanılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

"Qafqazinfo"nun məlumatına görə, martın 21-i saat 20:00 radələrində Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində paytaxt sakini 36 yaşlı Anar Rəhimovun qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı Kənan Zeynalov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Hadisənin tərəflər arasında yaranan şəxsi münasibətlər zəminində baş verdiyi məlum olub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Məlumatı DİN-in Mətbuat Xidmətinin Media və İctimaiyyətlə əlaqələr Şöbəsinin rəisi Anar Qafarov təsdiq edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.