Kriminal

Bakıda məktəbin həyətində ər arvadına DƏHŞƏT yaşatdı

10 Fevral 2025 17:52
Baxış: 1 113
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda kişi bir il əvvəl boşandığı qadını bıçaqlayıb.

Milli.Az xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Ə. Atakişiyev bir il əvvəl boşandığı, 270 saylı məktəbdə texniki işçi kimi çalışan G. Həmidovaya bıçaqla ağır xəsarətlər yetirib. Qadın xəstəxanaya yerləşdirilib.

Suraxanı rayonu Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbiriləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ə. Atakişiyev saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.

270 nömrəli tam orta məktəbdən "Report"a bildirilib ki, məktəbin xanım texnki işçisi xilas olmaq üçün məktəbin həyətinə daxil olub:

"Orada ona ilkin tibbi yardım göstərilib. Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardıma və hüquq-mühafizə orqanına məlumat verilib".  "Report"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.