Kriminal

Narkotik çəkib "BMW" sürən şəxs polisə təhvil verildi - FOTO

6 Fevral 2025 11:46
Baxış: 632
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəndov-Yalama yolunun Qımıl kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan "BMW" markalı avtomobilin sürücüsü - Xaçmaz şəhər sakini Səfər Ağayev təhlükəsizlik kəmərini bağlamadığına görə Yol Patrul Xidməti (YPX) Alayının əməkdaşları tərəfindən saxlanılıb.

Milli.Az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, sənədlərin yoxlanılması zamanı sürücünün narkotik vasitənin təsiri altında olmasına əsaslı şübhələr yarandığından, onun tibbi müayinədən keçməsi təmin edilib və fakt təsdiqini tapıb.

Bununla yanaşı, S.Ağayevin avtomobilində narkotik vasitə də aşkar olunduğuna görə barəsində qanunamüvafiq tədbirlər görülməklə ərazi polis orqanına təhvil verilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.