İdman

Millimizin rəqibləri məlum oldu

6 Fevral 2025 13:17
Baxış: 506
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçiriləcək 2027-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

Milli.Az AFFA-nın saytına istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri də müəyyənləşib.

B qrupunda yer alan yığmamız Portuqaliya, Çexiya, Bolqarıstan, Şotlandiya və Cəbəllütariq komandaları ilə mübarizə aparacaq.

2025-ci ilin martında başlayacaq seçmə mərhələ 2026-cı ilin oktyabrına qədər davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.