Əvvəl də yanğın olub, üstü ört-basdır edilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Respublika Perinatal Mərkəzində 7 körpənin ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə istintaqı başlayıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclas mübahisəli məsələlərin müzakirəsi ilə başlayıb.
Bu iş üzrə - Mərkəzin rəhbəri Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli mühakimə edilir. Onlar üçü də azadlıqdadır.
Hakim Leyla Əsgərova - Məmmədova ittihamın elanından əvvəl iş üzrə iki zərərçəkmiş tərəfindən daxil olmuş müraciəti elan edib. Həmin şəxslər məhkəməyə ərizə ilə müraciət edərək zərərçəkmiş qismində iştirakdan imtina etmək istədiklərini deyiblər. Onlar bildiriblər ki, yanğında yüngül xəsarət alsalar da, burada Mərkəzin direktoru və digər müttəhimlərin günahı yoxdur.
Prokuror Orxan Səmədov isə zərərçəkmişlərin müraciətlərinin qəbulolunmaz hesab edib:
"Bu adamlar ibtidai istintaq zamanı ifadə verib, hadisədən zərər çəkdiklərini etiraf ediblər. İndi də çıxıb "yox, zərər çəkməmişik" deməkləri başadüşülən deyil. Konkret olaraq deyə bilərəm ki, onların zərərçəkmiş statusuna xitam verilməsi qanunsuz olar", - prokuror əlavə edib.
İttiham tərəfinin qəti mövqeyi Mehriban Abasquliyevanın vəkili Muxtar Mustafayevi qıcıqlandırıb.
Vəkil Cinayət Məcəlləsinə istinad edərək ittihamçının düzgün mövqedə olmadığını bildirib: "Adam deyir ki, mən zərər çəkməmişəm. Zorla tutub zərərçəkmiş edəcəksiz. Cinayət Məcəlləsində də statusdan imtina edə biləcəkləri yazılıb. Novelladır bu?", - vəkil deyib.
Məhkəmə yerində müşavirə edərək müraciətlərin təmin edilmədiyini bəyan edib. Hakim qeyd edib ki, cinayət işi araşdırılmadan bu məsələyə münasibət bildirmək düzgün deyil.
Mehriban Abasquliyeva iclasdan əvvəl məhkəməyə Mərkəzdə baş verən yanğının videosunu və şəkillər təqdim edib. Həmin kadrlarda yanğının necə başladığı və personalın hərəkəti görünür.
M. Abasquliyevanın vəkili iddia edir ki, yanğının baş verməsində personalın da günahı var. Amma prokurorluqda buna baxılmayıb.
Vəsatət işə əlavə edilib.
Prosesin davamında ittiham aktı elan olunub.
İttihamda deyilir ki, Mehriban Abasquliyeva özünü yuxarı rəhbərliyin gözündə qaldırmaq üçün qulluq mənafeyindən sui-istifadə edib.
Mərkəzdəki qanunsuzluqlar özünü bir neçə formada göstərir. İstintaq materiallarında yazır ki, növbə üzrə tibb bacılarının sayı 10-20 nəfər olduğu halda, cəmi 2 nəfər işləyib. Bundan başqa, reanimasiya masası 20-40 aralığında olmalı olduğu halda, cəmi 10-22 olub. Bu isə tibb cihazlarının xəstə sayından xeyli az olmasına gətirib çıxarıb.
Ən əsası yenidoğulmuşlar üçün palatada nəzərdə tutulandan artıq körpə saxlanılıb. Pasiyent qəbulunun iki dəfədən artıq olması da səhiyyə sisteminə məhəl qoymamaq kimi qiymətləndirilib.
Araşdırma nəticəsində məlub olub ki, dəhşətli yanğından cəmi 7 ay əvvəl Perinetal Mərkəzin xəstələrin saxlanıldığı doğum şöbəsinin sanitar qovşağında yanğın baş verib.
Amma həmin vaxt üzərinə yanğın təhlükəsizliyi vəzifəsi qoyulduğu halda buna məhəl qoyulmayıb. Yanğının üstü ört-basdır edilib, nəzarətedici qurumlara məlumat verilməyib.
Bununla da, gələcəkdə baş verəcək anoloji hadisələrin qarşısı alınmayıb, bir neçə ay sonra 7 körpənin ölümü ilə nəticələnən faciə baş verib.
Yanğın nəticəsində Mərkəzin 177 min manatlıq avadanlığına ziyan dəyib.
Bu əməllərinə görə müttəhimlər ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma cinayətlərini törədiblər.
Mehriban Abasquliyeva və digər iki təqsirləndirilən ittihama münasibətdə özlərini təqsirli bilməyiblər.
Proses yanvarın 13-də davam edəcək.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yayda arılardan qurtulmağın ən sadə yolu
-
Meyvə və tərəvəzləri daha uzun müddət təzə saxlamağın yolu
-
Ayaqlarınızı duz və soda ilə yuyun: Görün nə edir...
-
Hansı ayda doğulan insanlar daha çox yaşayır?
-
Mətbəxdəki bu məhsul tıxanmış boruları açır
-
Yatmazdan əvvəl hansı qidalar yuxusuzluğa səbəb olur?
-
Dondurma yeyərkən dişlərimizin ağrımasının səbəbi açıqlandı
-
Sarı, yoxsa qırmızı moruq faydalıdır?
-
Bu ölkədə çəngəllərdən istifadə etmirlər: səbəbi təəccübləndirəcək
-
Üç bürcün dönüş nöqtəsi: gələn həftə hər şeyi əldə edəcəklər
-
İsveçrədə minlərlə insan vergi verməmək üçün ateist olur
-
200-dən çox Amerika hərbçisi məhv edilib - SEPAH
-
İran ABŞ-la müharibə zamanı 18 milyard dollar dəyərində neft satıb
-
Coratda 26 yaşlı gənc dənizdə boğulub
-
Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verdi
-
Ordumuzun giziri həlak oldu - (Foto)
-
Paşinyanla Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər
-
Özcanın ailəsində yenə qalmaqal - Anası bacısını məhkəməyə verdi
-
Göygöldə Yaylaq Festivalında çardaq uçdu - Xəsarət alanlar var
-
Bu bürclər üçün sevgi və pul qapısı açıldı
-
"Arka Sokaklar" tarixə qovuşdu
-
Kadir İnanırın mirası ortaya çıxdı
-
Qəçrəşdəki restoranda 29 yaşlı oğlan öldü
-
Konsertinə gələn körpəyə 7200 manatlıq jest etdi





