Keçmiş şöbə rəisinə HÖKM OXUNDU
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlətə məxsus torpaqlarda tikinti aparılmasına icazə sənədlərinin alınmasını vəd edərək dələduzluq etməkdə təqsirləndirilən Fövqəladə Hallar Nazirliyinin (FHN) Əməliyyat İstintaq İdarəsinin əməliyyat şöbəsinin sabiq rəisi Asim Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Milli.Az report-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə həmin şöbənin sabiq rəisi, kapitan Asim Əliyevə hökm oxunub.
Hökmə əsasən, o bu əməlinə görə üç il müddətinə azadlıqdan məhrum edilib. Onun hazırkı cəzası 2023-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə birləşdirilib.
Asim Əliyevin üzərində qəti olaraq iki il müddətə FHN sistemində müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə altı il altı ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, o, fərdi şəxslərə Bakıda üzərində hər hansı tikintinin aparılmasının qadağan olunduğu dövlət şirkətinə məxsus ərazilərdə inşa edilmiş yaşayış evlərinə, eləcə də həmin torpaq sahələrinə mülkiyyət hüququna dair sənədlərin, eləcə də müvafiq tikinti aparılmasına dair icazələrin alınmasını təşkil edə biləcəyinə dair yalan vədlər verib. Bu məqsədlə zərərçəkənlərdən külli miqdarda pul alaraq onlara qarşı dələduzluq etməkdə təqsirli bilinib.
Asim Əliyev Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar və xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham edilib.
Qeyd edək ki, Asim Əliyev 2023-cü ildə həbs edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə beş il altı ay müddətinə azadlıqdan məhrum edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
Bakıda qadın turisti oteldə qarət etdi
-
Aygünü küçədə 17 bıçaq zərbəsi ilə öldürən ərinə ağır cəza
-
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - Yenilənib
-
Polis əməliyyatlar keçirdi: 73 nəfər tutulub
XƏBƏR LENTİ
-
Zlatan İbrahimoviç: "Arda "Barselona"nı seçsəydi..."
-
Formula 1-dən Bakı ilə bağlı paylaşım - (Foto)
-
“Yeni ulduz”un münsifəri və aparıcısı bəlli oldu
-
Alim Qasımov Üzeyirlə duetindən danışdı
-
Lionel Messi Peleni geridə qoydu
-
Monitor AYNA-nın tədbirində aşıb?
-
Si Cinpin ABŞ-yə səfər edəcək
-
İcra başçısının birinci müavini vəzifəsindən azad edildi
-
Sabah Bakıda hava dəyişir: Külək, yağış - Proqnoz
-
Pensiya bu tarixdə ödəniləcək - Rəsmi
-
13 yaşadək uşaqlara sosial şəbəkə qadağası - Avropa nəyi dəyişir?
-
Ramiz Mehdiyevin məhkəməsi başladı - (Yenilənib)
-
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı - Məhsullar satışdan çıxarılır
-
İtaliyada da məktəblərdə niqab qadağan edildi
-
Qələbələr, rekordlar və unudulmaz anlar: Azərbaycan Qran-Prisinin tarixində iz qoyan 5 pilot - (Foto)
-
Bilgəhdə dənizdə boğulanlar tələbələr imiş - (Yenilənib/Video)
-
Üzeyir Mehdizadə tənqidlərə cavab verdi - (Video)
-
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırdı - Səbəb
-
Bakıda nəhəng monitor qadının üstünə aşdı - (Video)
-
10 min manatlıq oğurluq edən şəxslər tutuldular
-
Məşhur supermodelin oğlu dünyasını dəyişdi - (Foto)
-
Restoranda mühafizəçi işləyən kişinin meyiti tapıldı
-
“Şamaxinka”da avtobuslarla bağlı dəyişiklik - Bu marşrutlar dayanacaqdan çıxarılır
-
Narkotikə görə saxlanılan Melis Sezenin aylıq gəliri üzə çıxdı - (Foto)





