Kriminal

"Range Rover" sürücüsü "narkoman" çıxdı

18 Oktyabr 2024 09:28
Baxış: 1 035
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bərdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Range Rover" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü M.Qasımlıya "saxla" işarəsi verilib.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Araşdırma zamanı onun psixotrop maddə olan metamfetaminin təsiri altında avtomobil idarə etdiyi müəyyən olunub.

M.Qasımlı barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.