Kriminal

İki qardaş maşınlardan və terminaldan 14 min manat oğurladı - VİDEO

16 Sentyabr 2024 20:50
Baxış: 1 132
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib. Naməlum şəxslər gecə saatlarında müxtəlif markalı avtomobillərin şüşələrini sındıraraq nəqliyyat vasitələrinin salonlarından pul və digər qiymətli əşyaları talayıblar. 

DİN-dən Milli.Az-a bildirilib ki, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməllərini törədən əvvəllər dəfələrlə məhkum olunmuşlar Təhməz Dadaşov və qardaşı Misir Dadaşov müəyyən olunaraq saxlanılıblar. Araşdırmalarla onların daha üç vətəndaşa məxsus velosipedi oğurladıqları, habelə əlavə olaraq Qaradağ rayonu ərazisində də analoji cinayətlər törətdikləri və ödəniş terminalını yararaq içərisindən 14 min manat vəsaiti ələ keçirdikləri müəyyən olunub. Bu şəxslərin cinayətləri təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Onların digər bu kimi cinayət əməllərində iştiraklarının olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.