Kriminal

Həbs müddətləri uzadıldı

6 Sentyabr 2024 17:24
Baxış: 1 809
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Abzas Media" saytının əməkdaşı Elnarə Qasımova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə təqdimata baxılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Xətai Rayon Məhkəməsində keçirilən prosesdə təqdimat təmin olunub.

Məhkəmə onun barəsində həbs-qətimkan tədbirinin 2 ay müddətində uzadılması barədə qərar verib.

Həbsdə olan iqtisadçı Fərid Mehralızadə barəsində həbs qətimkan tədbirinin də müddəti uzadılıb.

Xətai Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı ilə bağlı qərar qəbul olunub. Qərara əsasən, onunla bağlı qətimkan tədbiri 3 ay 13 gün müddətinə uzadılıb.

Qeyd edək ki, ötən il noyabrın 21-də "Abzas Media"nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də isə saytının əməkdaşı Nərgiz Absalamova, dekabrın 13-də jurnalist Hafiz Babalı və yanvarın 13-də saytın əməkdaşı Elnarə Qasımova barəsində həbs qətimkan tədbiri seçilib.

Onlar barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barələrində həbs qətimkan qərarı verilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.