Ölkə

Şəhid Hüseyn Nəsibovun ev-muzeyi ziyarət edilib - FOTO

16 Sentyabr 2024 12:10
Baxış: 475
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lokal Antiterror tədbirləri zamanı düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına Şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Goranboy rayon Qızılhacılı qəsəbə sakini Hüseyn Əfqan oğlu Nəsibovun valideynləri İctimai-siyasi fəal, Goranboy rayon İcra Hakimiyyəti yanında yaradılmış İctimai Nəzarət şurasının üzvü Elçin Tağıyev ziyarət edib.

Milli.Az mubarizciler.az-a istinadən xəbər verir ki, Ziyarətdə qəsəbə sakini, 1 ci Qarabağ müharibəsi şəhidi Mehman Nazarovun qardaşı Elman Nazarov iştrak edib.

İlk öncə Şəhid Hüseyn Nəsibovun məzarı ziyarət edilib. Daha sonra Şəhid Hüseyn Nəsibovun valideyinləri ilə görüş keçirilib.

Şəhid atası Əfqan Hüseynov övladının keçdiyi şərəfli döyüş yolundan söhbət açaraq əziz Şəhidlərimizin haqqındaxoş təəssüratlarını bölüşüb.

Şəhid atası onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya sonsuz minnətdarlığını bildirdi. 

Eyni zamanda daim bütün Şəhid ailələrini diqqət mərkəzində saxlayaraq qayğıları ilə maraqlanan Goranboy Rayon İcra Hakimiyyətinin başçıları hörmətli Məhərrəm Quliyevədə öz təşəkkürünü ifadə etdi.

Sonda Elçin Tağıyev tərəfindən Şəhid Hüseyn Nəsibovun Ev Muzeyinə Şəhidimizin şəkli əks olunmuş " Şəhid Xatirə Tablosu" təqdim edilib.

Nəsibov Hüseyn Əfqan oğlu 07 noyabr 2004 -cü ildə Goranboy rayonu Qızılhacılı qəsəbəsində anadan olmuşdur.  Orta təhsilini Mahir Dosiyev adına 2 saylı Qızılhacılı qəsəbə məktəbində almışdır. 

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Nəsibov Hüseyn Əfqan oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xankəndi rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Nəsibov Hüseyn Əfqan oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda" medalı və   3-cü dərəcəli "Vətənə xidmətə görə"  ordeni ilə təltif edilmişdir.  

Şəhid əsgər Nəsibov Hüseyn Goranboy rayonu Balakürd kənd Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.