“Yatırım”la 140 min manatdan çox pulu ələ keçirən Vahid azadlıqda
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Yatırım" adı altında piramida dələduzluq sxemi quraraq çoxsaylı vətəndaşlardan 140 min manatdan artıq pul toplayaraq ələ keçirən şəxsə hökm oxunub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 1993-cü il təvəllüdlü Vahid Rzayev Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinib.
Qeyd olunub ki, V.Rzayev votsap mesajlaşma proqramında "Yatırım" adlı qrup yaradılıb. Həmin şəxs sosial şəbəkələrdə qrupun reklamını təşkil edərək müxtəlif yalan və şirnikləndirici vədlərlə insanların etibarını qazana bilib. Ona müraciət edən vətəndaşlara yatırım etmək adı ilə qoyduqları sərmayənin 2-3 qat mislini ödəyəcəyi barədə həqiqətə uyğun olmayan vədlər verən qrupun admini qurduğu dələduzluq piramidası əsasında 100-dən artıq vətəndaşı aldadıb.
O, əldə etdiyi pulları internet qumar oyunlarında xərcləyib və böyük hissəsini uduzub.
Məhkəmədə zərərçəkmiş şəxslər V.Rzayevlə borcun ödənilməsinə dair müqavilə bağladıqlarını bildiriblər və ondan şikayətçi olmadıqlarını bildiriblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 31 yaşlı Vahidə 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Lakin onun cəzası 2 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib və məhkəmə zalından azadlığa buraxılıb. V.Rzayev barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Qeyd edək ki, V.Rzayev DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla saxlanılmışdı.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Manaf Ağayevin saxlanılması xəbəri yayıldı
-
“Bu, artıq mümkün deyil, cəza müddətinin artırılması ilə bağlı şikayət verəcəyik” - Amalın bacısı
-
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı
-
Vüqar Əliyev həbs olundu
-
Hakim tiktoker Arzumun həbsi ilə bağlı açıqlama yaydı
-
Azərbaycanlı qız yad ölkədə vəhşicəsinə öldürüldü - Şok cinayətin təfərrüatı
XƏBƏR LENTİ
-
Çin şirkəti "Louis Vuitton"a 1,5 milyon dollar təzminat ödəyəcək
-
Evdə bu 5 əşya varsa, kasıblıq qaçılmazdır
-
İsmayıllıda ağır qəza: 2 ölü var
-
Əməkdar artist: "2 dəfə səs tellərimdən əməliyyat olundum"
-
Küləklə bağlı xəbərdarlıq edildi
-
Ağdamda Ata və azyaşlı övladı öldü
-
Yasamalda evdə baş verən partlayışın anbaan (Videosu)
-
Zelenski Putinə bu şəhərdə görüşməyi təklif etdi
-
7-ci sinif şagirdi vəfat etdi
-
Tramp Tokio səmasında
-
Cokoviç Federerə şərik oldu
-
İndoneziyada oğruları görün günə saldılar
-
Avtomobilin təkəri qopdu, bloqer Nigarın “Range Rover”inə dəydi - (Video)
-
“Necə belə adama ərə getmişəm, nələr çəkirəm“
-
Manaf Ağayevin saxlanılması xəbəri yayıldı
-
Qumralın bu görüntüsü müzakirə yaratdı – (Video)
-
İstanbulun bir hissəsini su basdı - (Foto)
-
Masazırda "Ford" yandı
-
Sonaxanım 47 kq arıqlayıb belə oldu - (Video)
-
Sankt-Peterburqa dron hücumu oldu - (Foto)
-
"Kişinin xəyanətini tutmaq lazım deyil" - Psixoloqun fikirləri müzakirə yaratdı - (Video)
-
Markdan süni intellektlə bağlı gözlənilməz qərar
-
Röyanın bahalı geyimi diqqət çəkdi: Bu libasına 7000 azn verib - (Video)
-
Xamaneinin vida mərasimində diqqətçəkən görüntülər - (Video)





