Kriminal

Oğurluq edərkən canlı yayıma düşdü - VİDEO

5 İyun 2024 16:38
Baxış: 1 638
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstanın "Ehmera" televiziya kanalı canlı yayım zamanı bir şəxsin yaşlı qadını soymasını təsadüfən lentə alıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Afina şəhərinin çimərliklərindən birində baş verib. 

Belə ki, dənizdə üzməyə hazırlaşan yaşlı qadın oğrunun hədəfinə çevrilib. 

Həmin an təsadüfən kameralar tərəfindən lentə alınarkən, oğrunun qadının boynundakı boyunbağısını oğurladığı və sürətlə hadisə yerindən qaçdığı görüntülənib.

İddialara görə, qadının boyunbağısını oğurlayan şəxs qaçqın olub.

Sözügedən hadisə qısa müddət ərzində sosial şəbəkələrdə sürətlə yayılıb. Bəzi sosial şəbəkə istifadəçiləri hadisənin öncədən qurulma bir səhnə olduğunu da iddia ediblər.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.