Kriminal

Əri tərəfindən öldürülən Sevincin toy görüntüləri - FOTO

2 May 2024 10:24
Baxış: 2 833
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi aprelin 28-də Xırdalan şəhərində Sevinc Əhmədağayeva yaşadığı evdə həyat yoldaşı tərəfindən qətlə yetirilib.

Milli.Az Baku TV-yə xəbər verir ki, o, 29 aprel tarixində doğulduğu Oğuz rayonunda torpağa tapşırılıb.

Yaxınlarının sözlərinə görə, altı il öncə ailə quran Sevinc qaynının ailəsindəki söz-söhbətə görə döyülübmüş.

Hadisə baş verən gün Laçın Əhmədağayev Sevincin qardaşına zəng edərək evlərinə çağırıb:

"Biz elə bildik ki, Sevinc özünü vurub, yoldaşı ilə dalaşıb, özünə nəsə edib. İçəri girdik, ağ xalça, qız ortalıqdadır. Bu hadisə uşağın gözünün qarşısında olub. Bu necə bir varlıqdır ki, ananı övladının gözü qarşısında qətlə yetirib", - mərhumun qohumu deyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.