Kriminal

Qadından hədə-qorxu ilə pul tələb etdi - saxlanıldı

29 Aprel 2024 14:55
Baxış: 917
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hədə-qorxu ilə pul tələb edən Lənkəran sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, məhkəmə tərəfindən eyni əmələ görə barəsində azadlığın məhdudlaşdırılması cəza növü seçilmiş Əli Abdullazadə saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin aşkarlanıb.

Əlavə araşdırma zamanı Ə. Abdullazadənin digər cinayət əməlinin də üstü açılıb. Onun tanışı, Biləsuvar rayon sakini olan bir nəfər qadına haqqında rüsvayedici məlumatlar yaymaq adı ilə hədə-qorxu gələrək ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul aldığı müəyyən edilib.

Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.