Hava

Zaqatalaya dolu düşüb, Şahdağa qar yağdı - FAKTİKİ HAVA

21 May 2024 09:20
Baxış: 945
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 21-i saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən xəbərə görə, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb, dağlıq ərazilərdə yağıntılar leysan xarakterli intensiv olub, Şahdağda isə qar yağıb.

Düşən yağıntının miqdarı Zaqatalada 26 mm, Şamaxıda 15 mm, Altıağacda 7 mm, Astara, Qəbələ, Balakən, Sabirabad, Lerik, Biləsuvar, Qax, Ordubad, Gədəbəy, İsmayıllı, Quba, Qusar, Xaltan, Qobustan, İmişli, Lənkəranda 4 mm-dək olub.

Mayın 20-də saat 22:58-23:20 radələrində Zaqatala rayonuna diametri 11 mm olan dolu düşüb.

Gəncə, Şəmkir, Qrız, Biləsuvar, Şahdağ, Lerikdə duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 13, Naxçıvan MR-da 10-15, Aran rayonlarında 12, dağlıq rayonlarda 5-7 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 3 dərəcəyədək şaxta olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.