Kriminal

Bakıda çörək zavodunda DƏHŞƏT: İş yoldaşını qətlə yetirdi

20 Aprel 2024 09:10
Baxış: 2 289
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Sabunçu rayonunda qətl baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

1990-cı il təvəllüdlü Salamzadə Etibar Tahir oğlu işlədiyi "Bakıxanov" çörək zavodunda iş yoldaşı Elşən adlı şəxslə mübahisə edib.

Daha sonra hər iki tərəf zavoddan çıxaraq küçədə əlbəyaxa dava ediblər.

Elşən E.Salamzadəyə bıçaq zərbələri endirib.

Yaralı Etibar Salamzadə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.